Prosineçki "Bursaspor"la danışıqlara gedir - növbəti iddia

Prosineçki "Bursaspor"la danışıqlara gedir -  növbəti iddia
ÖLKƏ FUTBOLU 7 İyun 2017 / 11:00 3202
-  A +

Millimizin baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır növbəti dəfə “Bursaspor”un prezidenti Ali Ayla görüşüb.

Qol.az-ın məlumatına görə, bu barədə bursa.com saytı xəbər yayıb.

Dünən keçirilən görüş zamanı Türkiyə klubunun rəhbəri Çalışıra gələn mövsümlə bağlı planlarını açıqlayıb və Prosineçkiyə təklifin detalları müzakirə edilib.

Xəbərdə bildirilir ki, Prosineçki gələn həftə “Bursaspor”la danışıqlar üçün Türkiyəyə yollanacaq.

Qeyd edək ki, 2014-cü ildə millimizlə 3 illik müqavilə imzalayan 48 yaşlı xorvatiyalı məşqçinin sözləşməsi bu ilin dekabrında başa çatacaq.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq