“Barselona”nın futbolçusu Arda Turan milli komandada karyerasını başa vurub.
Qol.az-ın “NTV Spor”a istinadən yaydığı xəbərə görə, bu haqda o, hazırda davam edən mətbuat konfransında məlumat verib.
30 yaşlı futbolçu millidən ayrılmaq qərarını bu gün millinin Sloveniyada keçirilən təlim-məşq toplanışı zamanı açıqlayıb.
Qeyd edək ki, Arda Turanın bu qərarından əvvəl Türkiyə millisinin baş məşqçisi Fatih Terim onu millinin düşərgəsindən kənarlaşdırıb. Buna Ardanın Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu ağır formada təhqir etməsi səbəb olub. Baş verənlərdən sonra bu gün Türkiyə Futbol Federasiyası prezident Yıldırım Demirörən, federasiya rəsmisi Əli Dürüst və Fatih Terimin iştirakı ilə iclas keçirib. İclasdan sonra F.Terim Arda ilə görüşüb. Görüşdən sonra F.Terim A.Turanı millinin düşərgəsindən göndərmək qərarı verildiyini deyib.
Arda Turan bildirib ki, F.Terim və TFF prezidenti Kosova matçında iştirak etməməsini uyğun görüb: "Mən etdiyim hərəkətə görə (jurnalistə etdiyi hücum nəzərdə tutulur - red.) peşman deyiləm. Mən yaxşı, şərəfli bir insan olmaq üçün yaşamışam. Haqqımda belə xəbər yayan hər kəsə bu formada etiraz edəcəkdim. Milli komandada karyeramı başa vururam. İnşallah, insanların qəlbində yaxşı futbolçudan daha çox yaxşı adam kimi qalaram".
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat