Azərbaycan - Şimali İrlandiya: hakimlər müəyyənləşdi

Azərbaycan - Şimali İrlandiya: hakimlər müəyyənləşdi
ÖLKƏ FUTBOLU 6 İyun 2017 / 12:57 4208
-  A +

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Şimali İrlandiya ilə oyun üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı İspaniya Futbol Federasiyasından Xavyer Estrada idarə edəcək. Ona Migel Martinez və Teodoro Sobrino köməklik edəcək. Dördüncü hakim funksiyasını Alexandro Hernandez yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər