"Şimali İrlandiya ilə oyun çox önəmlidir" - Prosineçki

"Şimali İrlandiya ilə oyun çox önəmlidir" - Prosineçki
ÖLKƏ FUTBOLU 6 İyun 2017 / 10:52 3562
-  A +

"Bütün diqqətimizi Şimali İrlandiya ilə oyuna yönəltmişik.  Bu, dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün vacib matçdır. Bizim üçün həlledici şanslardan biridir".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya yığması ilə oyun öncəsi "Belfast Telegraph"a açıqlamasında deyib.

O, matça çox ciddi hazırlaşdıqlarını söyləyib: "Avstriya toplanışı bizə çox kömək olacaq. Şimali İrlandiya ilə oyun çox önəmlidir".
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər