"Qəbələ"dən növbəti transferlər - rəsmi

"Qəbələ"dən növbəti transferlər -  rəsmi
ÖLKƏ FUTBOLU 5 İyun 2017 / 18:06 6285
-  A +

Yeni mövsümün hazırlıqlarına start verən “Qəbələ” iki futbolçunun transferini rəsmən açıqlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bunadək İlqar Qurbanovla müqavilə bağlayan  “qırmızı-qaralar” qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Elvin Məmmədovu da heyətinə qatıb. Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aqil Məmmədov son olaraq AZAL-da, Elvin Məmmədov isə "Zirə"də çıxış edib.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner