Onunla xeyli müddət idi ki, rabitə itmişdi. Ukraynaya qayıdan Roman Qriqorçuk qeybə çəkilmişdi. “Qəbələ”nin baş məşqçisi ilə sonuncu əlaqəmiz SMS vasitəsi ilə olmuşdu: “Yaxın günlərdə danışarıq”. Hə, həmin “yaxın günlər”in ömrü nə az, nə çox, 11 gün çəkdi. Nəhayət, bu gün Roman İosifoviçlə əlaqə yaratmaq mümkün oldu.
Təcrübəli mütəxəssis istirahətə çəkilməyindən, komandanın hazırlıq planlarınadək danışdı.
- Qeybə çəkilmisiniz, Roman İosifoviç...
- (gülür) Yorğunluğu üzərimdən atmaq üçün 10 günlük istirahətə ehtiyacım var idi. Yaxınlarımı da toplayıb Türkiyəyə getdim. Xeyli müddət idi qohumlarımı görmürdüm. Necə deyərlər, “bir gülləylə iki dovşan vurdum”. Yaxşıca dincəldim. Ancaq futbolsuz çox qala bilmirəm. İşləmək irəliyə baxmaq lazımdı.
- Qayıdaq ənənəmizə - futbol həyatına...
- Məmnuniyyətlə!
- Siz istirahətdə olduğunuz vaxt xeyli sayda aparıcı oyunçularınız komandadan ayrıldı.
- Bunu faciəyə çevirmək lazım deyil. Gedənlərin hər birinə uğurlu karyera, sağlamlıq və xoşbəxtlik arzulayıram. Düşünürəm ki, heyəti yenidən formalaşdırmalıyıq. Ancaq bu, bizə problem yaratmamalıdır. Həyat davam edir. Gedənlərin yerinə oyunçular alınmalıdır.
- Hər halda, komandanızın istirahətinə UEFA da müdaxilə etdi. “Qəbələ”nin Avropa Liqasına 2-ci təsnifat mərhələsindən başlamasını nəzərdə tuturam.
- Xeyr, planlar dəyişsə də, iş rejimimiz plana uyğun qurulub. Hətta başqa cür deyərdim. Mənə görə, birinci mərhələdən başlasaydıq, daha yaxşı olardı. Komandaya rəsmi oyun təcrübəsi lazımdır. Heç bir yoxlama görüşü bunu əvəz edə bilməz. Ancaq təbiətim belədir ki, nəyəsə görə heyfslənmirəm. İkinci mərhələyə ən yüksək səviyyədə hazırlaşacağıq. Oyunçuların oyun tonusuna gətirilməsi üçün bilik və bacarığımızı ortaya qoyacağıq.
- Neçə oyunçu almağı planlaşdırırsınız?
- Ona yaxın futbolçu komandadan gedib. Desəm ki, 10 futbolçu alacağıq... Real görünmür. Ancaq heyətə xeyli sayda futbolçu cəlb olunmalıdır. Elə xəttlər var ki, yenidən düzəldilməlidi.
- Bəlkə kartlarınızdan bəzilərini açasınız?
- Yoxdur hələ. Hə, danışıqlar gedir. Müxtəlif variantları götür-qoy edirik. Amma desəm ki, sabah yeni oyunçuyla müqavilə imzalamağı planlaşdırırıq, yalan olar.
- Olmasın sabah, olsun 2-3 gündən sonra...
- Eləsi də yoxdur. Açıq danışaq, Azərbaycan çempionatında oynamağa hər oyunçu razı olmur. Avropalı futbolçunu Qafqaza gəlməyə razı salmaq çətin işdir. Ancaq biz ruhdan düşmürük, axtarırıq, danışırıq, təklif edirik.
- Fransa və Hollandiyadan futbolçu gətirəcəyiniz barədə informasiyamız var...
- Heç vaxt oyunçunun yaşına, vətəndaşlığına, çıxış etdiyi çempionata xüsusi diqqət yetirməmişəm. Əsas odur ki, bizim oyun fəlsəfəmizə uyğun gəlsin və “qırmızı-qara” formanı geyinmək istəsin. Beləsini tapan kimi, sıralarımıza qatacağıq. Düşünürəm ki, yaxın 7-10 gündən “buzlar tərpənəcək”.
- Belə çıxır ki, Avstriyada ancaq “köhnə qvardiya” olacaq?
- Yəqin ki, elə olacaq. Bunun başqa səbəbi də var. Avropada çempionatlar yenicə başa çatıb. Futbolçunu çempionat bitən kimi növbəti mövsümün hazırlığına gətirmək real görünmür. İnsan dincəlməli, ev problemlərini həll etməlidir.
- Avstriya toplanışında 4 yoxlama oyunu keçirməyi planlaşdırırsınız. Ancaq bundan sonrakı planlarınız haqda məlumatımız yoxdur.
- Daha bir toplanış olacaq. Futbolçuları ritmdən salmaq olmaz. Yuxarıda da bunu qeyd etmişdim. Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlasaydıq, bizə daha rahat olardı. Ancaq biz mövcud qrafikə uyğun rejimdə çalışacağıq.
- Hazırlığın ikinci hissəsini hansı ölkədə keçirməyi planlaşdırırsınız?
- İlk toplanış üçün seçdiyimiz məkanı dəyişmək fikrində deyiləm. İkinci təlim-məşq toplanışı da Avstriyada baş tutacaq.
- İki toplanış arasındakı günləri Azərbaycanda keçirəcəksiniz?
- Çox az vaxt olacaq. Bu səbəbdən də oyunçulara evlərinə getmək imkanı yaradacağıq. Azərbaycanlılar da, legionerlər də vətənlərinə, ailələrinin yanına gedəcəklər.
- Avstriyadakı ilk toplanış iyunun 22-də başa çatacaq. Bəs, ikinci toplanışın tarixləri necədir?
- Cəmi bir neçə günlük istirahət veriləcək. Ancaq son tarix kimi konkret günü göstərə bilmirəm. Bu, 2-ci təsnifat mərhələsinin püşkünün nəticəsindən asılı olacaq. İlk oyunu Azərbaycanda keçirəcəyiksə, matçdan 2-3 gün əvvəl qayıdacağıq. Yox, ilk qarşılaşma səfərdə olacaqsa, böyük ehtimalla, Avstriyadan birbaşa səfər görüşünə yollanacağıq.
Mənbə: sport24.az
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi
Xusanov ata oldu - Video
Ahmet Çakar “Qarabağ”ın epizodu haqda nə dedi?
"Xankəndi" bu dəfə 5 qolla qalib gəldi - Video
Salah "Liverpul"dan ayrılacağını açıqladı
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?