"Azərbaycana da qol vuracağıma ümid edirəm"

"Azərbaycana da qol vuracağıma ümid edirəm"
ÖLKƏ FUTBOLU 3 İyun 2017 / 16:16 3080
-  A +

“Millinin heyətində ilk qolumu vurduğum üçün sevincliyəm. İndi növbəti oyun haqda düşünmək lazımdır”.

Qol.az-ın məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin üzvü Liam Boys Yeni Zellandiya ilə yoxalama oyunundan sonra BBC-yə açıqlamasında deyib.

Oyunda yeganə qolun müəllifi olan 26 yaşlı hücumçu DÇ-2018-in seçmə mərhələsində Bakıda yığmamızla keçiriləcək görüşdə də fərqlənəcəyinə ümid etdiyini bildirib: “Azərbaycanla oyun olduqca əhəmiyyətlidir. Bu dəfə daha vacib matçda qol vura bilərəm. Rəsmi oyunda ilk qolu vuracağıma ümid edirəm”.

Xatırladaq ki, Azərbaycan – Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner