Tanınmış futbol şərhçisi, “CBC Sport”un aparıcısı Elnur Məmmədli Azərbaycanın idman şərhçilərinin düşdüyü çətin vəziyyətdən yazıb.
Qol.az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, Feysbuk hesabında yazdığı statusda Rusiya kanallarında gedən futbol verilişlərinə həsədlə baxdığını, aparıcısı olduğu verilişə dəvət etmək üçün belə mütəxəssislər tapa bilmədiyindən şikayətlənib.
Elnur Məmmədli statusunda bunları qeyd edib:
- Hər gün evə gələndə adətim üzrə Rusiyanın idman kanallarını bir-bir “gəzirəm”. Təbii ki, paxıllıq edirəm, acığım tutur. Təkcə aparıcıların geyiminə, studiynın işıqlandırılmasına, tərtibatına görə yox.
Mənim “qurdlarımı” tərpədən Zanozinin, Çerdantsevin, Quberniyevin qonaqlarıdır. Karpin, Mostovoy, Niqmatulin, Bulıkin, Kançelskis, Yuran kimi adamlara üzbəüz oturub danışmağı kim istəməz ki? 12 ildir televiziyada işləyirəm. 2005-də də eyni dərddəydik, 2017-də eyni problemdən əziyyət çəkirik.
Bir veriliş qutaran kimi dərindən ah çəkib fikirləşirik ki, bu gün belə yola verdim, gələn həftə kimi çağıracam? Elə bilirsinz, hər həftə futbola aid qonaq tapıb, razılığını almaq, ondan söz çəkmək asan məsələdir? Azərbaycan futbol əfsanələri min-bir bəhanə ilə gəlmək istəmir, gələnlər danışa bilmir, bir qisim də var ki, sanki studiyaya girəndə özünə söyüş qoyur ki, hər suala iki cümlədən artıq cavab verməyəcəm. İndi İsgəndər Cavadov, Nazim Süleymanov, Vəli Qasımov, Samir Ələkbərov, Vidadi Rzayev kimi futbolçular dürrü-dürdanə danışıqları ilə efirləri bəzəməlidirlər. Niyə çağırmırıq? Hə, indi mən deyim, siz qulaq asın.
1. “Neftçi”nin əfsanəvi 11 nömrəsi Cavadov Azərbaycan dilində ardıcıl səhvsiz 11 cümlə qura bilmir.
2. Heç kimlə pis olmaq istəməyən Süleymanov efirlərdən qaçır. Nadir hallarda onu TV-də görərsiniz.
3. Vəli Qasımov “Neftçi”ni elə günə qoyub ki, nağıllardakı kimi 40 gün, 40 gecə qəm otağından çıxmamalıdır. Amma Qasımov arada danışır. TV üçün deyil. Onun “daldan çoxlu problərimiz var” məşhur açıqlamasını yəqin ki, unutmamısınız.
4. Samir Ələkbərovun öz dünyası var. Vaxtilə Fuad Musayev haqqında müsahibəsindən sonra AFFA-nın sabiq prezidenti onu bir neçə illiyə futboldan uzaqlaşdırdı. Bəlkə də buna görə “Neftçi”nin keçmiş hücumçusu danışmağa həvəsli deyil.
5. Vidoş Bakıya oyundan-oyuna, tədbirdən-tədbirə gəlir. O, əsl təbiət adamıdır, legioner olduğu dönəmdə belə, ov mərasimi üçün darıxıb ölkəyə qayıtmışdı. İndi də boş vaxtı olan kimi tüfəngini götürüb ova gedir.
Beş futbolçunu sadəcə nümunə kimi seçidim. Heç kimlə pis olmaq istəməyənlər, “birdən gələrəm ağzımdan nəsə çıxar” fikirləşənlər saysız-hesabsızdır. Siz də deyirsiniz, niyə futbol verilişlərində yaxşı ekspertlər yoxdur.
Siz deyin, kimi çağıraq?
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu