“Çox yaxşı komandamız var” - Biro Jade

“Çox yaxşı komandamız var” -  Biro Jade
ÖLKƏ FUTBOLU 12 Aprel 2017 / 01:02 2847
-  A +

Futzal millimizin baş məşqçisi Biro Jade yığmamızın Avropa çemionatına vəsiqə qazanmasından danışıb.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, braziliyalı məşqçi seçmə mərhələsinin son görüşündə Macarıstan üzərində qazanılan 6:1 hesablı qələbədən sonra bunları söyləyib:

“İlk növbədə hər zaman bizimlə olan, dəstək verən AFFA-nın baş katibi Elxan Məmmədova, Futzal Federasiyasının prezidenti Zaur Axundova təşəkkür edirəm. Eyni zamanda məşqçilər heyətinə, komandanın bütün işçilərinə, təkcə bu gün oynayan yox, bütün futzalçılara çox sağ ol demək istəyirəm. Bu qələbədə hər kəsin payı var.

Oyun haqda danışarkən, qeyd etməliyəm ki, futzalçılarla psixoloji baxımdan mütəmadi söhbət edirdik. Çünki Bosniya və Herseqovina, eləcə də Albaniya ilə matçdan sonra bildirmişdim ki, meydan sahibi olan komandanın üzərində təzyiq olur. Vacib olan o təzyiqdən qurtulmaq və rəqibin səhvlərindən yararlana bilməkdi. Bu gün isə çox diqqətli idik. Düşünürəm ki, bu da böyük fərq yaratdı. Hətta hesabda geri düşdükdən sonra da oyunçularıma sakit olmalarını tapşırdım. Rəqib cəmi bir epizod yaratdı və qol vurdu. Amma oyuna nəzarət bizim tərəfimizdə idi. Əlimizə düşən imkanlardan yararlandıq və asan qələbə qazandıq.

Futzal dinamik oyundu, gərək fürsəti əldən verməyəsən. Çünki epizod yaradıb qol vura bilməyəndə, rəqib sizi cəzalandırır. Çox yaxşı komandamız var. Tapşırıqları düzgün yerinə yetirdilər, müdafiədə diqqətli oynadılar və imkanları vaxtında dəyərləndirdilər. Bütün bunlar bizim fəlsəfəmizi əks etdirir”.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır