"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl bu gün jurnalistlər üçün brifinq keçirib. Qol.az-ın xəbərinə görə, o, komandasının durumu ilə bağlı sualları cavalandırıb.
- Hamını maraqlandırır ki, görəsən builki "Qarabağ”ın avrokuboklarda qrupa qalmağa gücü çatacaq?
- Buna gücümüz çatacaq. "Qarabağ”a da tam inanıram.
- Reynaldo getdi, Dani Kintana zədəlidir. Bunlara rəğmən inanırsınız?
- Daninin zədəli olması bizim üçün doğurdan da böyük itkidir. Ancaq indi əlimizdə hansı imkan varsa, onunla oynayacağıq. Ən əsası komandadakı atmosfer yaxşıdır, Qurban Qurbanova inanıram.
- Avropa Liqasının, yoxsa Çempionlar Liqasının qrupuna düşəcəyinizə inanırsınız?
- Mənim arzum Çempionlar Liqasının qrupuna düşməkdir.
- Yeni oyunçuların transferi gözlənilir?
- Biz Qurban Qurbanovu eşidirik. Oyunçunu gətirmək özü də ağır prosesdir. Qurban Qurbanov bir neçə oyunçu izləyir və nümayəndələri də göndərib oyunçular üçün. Əgər kimisə istəsə biz onları gətirməyə hazırıq.
- Bu mövsüm "Qəbələ” ilə oyunlarda ajiotaj yaranır. Bu, sizi narahat etmir ki?
- Xeyr. Hamımız Azərbaycanı təmsil edirik. "Qəbələ” hər zaman güclü klub olub. Futboldu da olacaq belə şeylər. "Qəbələ” bizə qarşı çox yaxşı oynadı. Son oyunda da yaxşı oynadılar və qələbə qazandılar.
- "Qarabağ” və "Qəbələ”nin turnir cədvəlindəki digər komandalarla xal fərqi böyükdü. Sizcə, çempionatımızın da 8 komandalı olması "Qarabağ”ın avrokuboklardakı çıxışına təsir edəcəkmi?
- Əlbəttə ki, təsir edir. Bugünkü imkanlar nədisə ona görə əlimizdən gələni edəcəyik. Könül istəyərdi ki, ən azı 10 komanda olsun. Məncə, o qədər də pis deyil. "Qəbələ” kimi güclü rəqibimiz var.
- Ölkə kubokunda "Neftçi” ilə oyunlarınız var. Qışdan sonra ən yaxşı formada olan komandaya qarşı görüş haqda nə düşünürsünüz?
- "Neftçi” ilə oyun mənim üçün bu ilin tarixi oyunu olacaq. Böyük həvəslə bu matçı gözləyirəm.
-Komandanı necə motivasiya edəcəksiniz?
- Bizim öz yollarımız var. Hər sirrimizi də demək olmaz (gülür).
- Son turda da "Bakcell Arena”da "Neftçi” ilə qarşılaşacaqsınız. İşdi çempion olsanız, bunu "Neftçi”nin stadionunda qeyd etmək fərqli hisslər yaşadacaq?
- "Neftçi”ni rəqib meydanında məğlub etmək mənə ən böyük zövqü verəcək. "Neftçi”yə xəbərdarlıq edim ki, biz bu oyunlarda çox iddialıyıq. "Neftçi” çox yaxşı formadadır. Bu oyunlarda isə möhtəşəm "Qarabağ” görəcəklər. Futbolçularım "Neftçi” – "Qarabağ” oyunları ilə bağlı həssaslığımı bilirlər.
- "Neftçi”yə qarşı oyun, "Qəbələ” ilə qarşılaşmadan daha önəmlidir?
- Bəli, mənim üçün həmişə belə olub. Çünki bu oyun şirlərin savaşı olub. Mənim üçün çox maraqlı olacaq.
- Geridə qalan ildə "Qarabağ”ın büdcəsində problemlər yaşanıbmı?
- Bizim heç bir problemimiz yoxdu. Büdcəmiz böyümür, ancaq stabildi. Neft zəngini olan ölkələrin çətinliyini Azərbaycan da yaşayır. Buna baxmayaraq, "Azərsun Holding” böyük fədakarlıq edir. Ancaq Qarabağ adı bizə çox önəmlidi. Cəbhədə indi də savaş var və hərdən-bir şəhid xəbərləri də gəlir. Ona görə məsuliyyətimizi bilirik və bugünlərdə "Qarabağ”ı yaşatmaq ən önəmli günlərdi. Bunu sponsor da bilir, mən də bilirəm.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"