Qətər və Azərbaycan milli komandaları arasında Doha şəhərində keçirilmiş yoldaşlıq oyununu (1:2) izləyənlər arasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da olub.
Qol.az xəbər verir ki, görüşdən sonra Sadıqov fikirlərini affa.az-a bildirib:
“Hər iki komanda üçün əhəmiyyətli oyun idi. Qətər oyunu qapalı keçirməklə öz rəqiblərindən hansısa taktiki gedişləri gizlin saxlamağa çalışdı. Bilirik ki, onları İran və Özbəkistan yığmaları ilə çətin oyunlar gözləyir.
Eyni vaxtda millimiz qrupun favoriti, dünya çempionu Almaniya yığması ilə qarşılaşacaq. Yəni hər iki komanda strateji hədəflərə nail olmaq üçün yoldaşlıq matçının keçirilməsinə razılıq veriblər.
Millimiz üçün vacib olan məqamlardan biri Şimali İrlandiya yığmasına ağır məğlubiyyətdən sonra qələbə qazanmaq, psixoloji cəhətdən qarşıdakı matça hazırlaşmaq idi. Bu qələbə Bakıda güclü rəqiblə keçiriləcək oyuna yaxşı motivasiya olacaq. Robert Prosineçki Almaniya millisi ilə oyunda istifadə edəcəyi modeli sınaqdan keçirdi. Komandamız sürətli əks-hücumlar qururdu. Bəzi əks-hücumlar çox kəskin alındı.
Prosineçki bu oyunda həm də ehtiyat qüvvəni sınaqdan keçirdi və bu da əsas qazancımız oldu. Abbas Hüseynov, Mahir Mədətov, Tellur Mütəllimov kimi gəncləri qeyd etmək olar. Xeyli vaxtdan sonra baş məşqçi Cavid Hüseynovu milliyə qaytardı və o, komandamızın heyətində ən yaxşı oyunlarından birini keçirdi. Sadaladıqlarıma əsaslanıb oyunun vaxtında və yerində təşkil edildiyini, nəticənin də qənaətbəxş olduğunu qeyd edə bilərəm”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində