“26-cı dəqiqə” haqda…

“26-cı dəqiqə” haqda…
YAZARLAR 26 Dekabr 2016 / 17:04 3918
-  A +

Bu film barədə tənqidlərə çox toxunmayacam. Məlum, toplum olaraq, iki şeyi daha yaxşı bacarırıq: başqasının pulunu saymağı, bir də öyüd-nəsihət verməyi…

Könüllü, təmannasız olaraq, hansısa şəxsi maraq güdmədən iş görməyə gələndə ortada adam tapmırsan. Amma kimsə bir iş görür. Bundan sonra isə… Peşəkarlarla, söz demək haqqı olanlarla işim yox, ilahi, ölkədə ağzından süd iyi gələn nə qədər “müəllim” ortaya çıxır!

O deyir, gərək bunu belə edəydilər, bu deyir, yox, səhvsən, gələk mən deyən kimi edəydilər.

Hörmətli müəllimlər və müəllimələr!

Meydan o qədər böyükdü ki… Azərbaycanda heç kimin istedadının qarşısını alımayıblar. Ölkədə neçə-neçə kanal var. İstedadınızı ortaya qoyub, siz də bir film çəkin…

İndi gələk, “CBC Sport”a, daha doğrusu, bu kanalın çəkdiyi “26-cı dəqiqə” adlı sənədli filmə…

Azərbaycan milli komandasının İsveçrə üzərindəki tarixi qələbəsindən bəhs edən, 30 dəqiqədən bir qədər artıq olan film çəkiblər. Baxdıqca, xəyalən 20 il əvvələ gedirsən. Xoş duyğular baş qaldırır insanda. Futbolumuzun, ümumiyyətlə, ölkəmizin çox ağır günləri olub. O dövrdə qazanılmışdı qələbə. Bəlkə də gələcəkdə bizim futbolda böyük qələbələrimiz olacaq. Amma o qələbənin, İsveçrə üzərindəki o möhtəşəm uğurun yeri tamam ayrı olacaq. Təkcə elə bu faktı unutmadığına, üstündən bir qədər keçsə belə, bu filmi ərsəyə gətirən insanlara “sağ ol” deyirəm.

Jurnalistikamızın iqtisadi baxımdan acınacaqlı durumunu, onlarla əməkdaşı olan bir media qurumunun hansı problemləri olduğunu çoluk-cocuq bilə bilməz, təbii ki. Belə bir vəziyyətdə əziyyət çəkərək, olmayan 5-10 manatlarından da keçərək o filmi çəkiblər, həmin oyunun həqiqi qəhrəmanlarını bir araya gətiriblər.

Siz də başlamısınız ki, bu filmə mən çəksəydim, indi “Oskar” almışdım…

Çox qeydlər etməyəcəm. Aşağıda “26-cı dəqiqə”nin videosunu yerləşdirirəm. Orda hamı var: əsl futbol da, istedadlar da, qəhrəmanlar da və nəhayət, o filmi təmannsız ərsəyə gətirən fədakar insanlar da…

Baxın, siz də qiymət verin!

Aydın BAĞIROV

Daha çox

28.09.23

Son xəbərlər