“Meydandan qovulmalı, 5 oyunluq da cəza almalı idi” - Qriqorçuk

“Meydandan qovulmalı, 5 oyunluq da cəza almalı idi” - Qriqorçuk
ÖLKƏ FUTBOLU 6 Noyabr 2016 / 16:16 5114
-  A +

"Qalib gəlmək üçün qol vurmaq lazımdır. Biz isə bu gün bir neçə qol şansını boşa verdik. Halbuki qol vurmalı idik”.
 
Bu sözləri "Qəbələ”nin baş məşqçsi Roman Qriqorçuk AZAL-la oyundan (0:0) sonra deyib.

Ukraynalı mütəxəssis qeyd edib ki, AZAL artıq oyunun əvvəlində azlıqda qalmalı idi: "AZAL-ın 14 nömrəli oyunçusu bizim yerdə qalan futbolçumuza yerdə zərbə endirdi. Bu, dördüncü hakimin gözləri qarşısında baş verdi. Həmin futbolçu meydandan qovulmalı, 5 oyunluq da cəza almalı idi. Bu məsələni sona qədər araşdırmaq lazımdır. Məni 100 dəfə də meydandan uzaqlaşdırsalar, fikrimdən qalıram. Ötənmövsümkü hadisələr təkrarlanır? Bilmirəm”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner