"İnter"in futbolçusu Ruslan Abışov Topaz Premyer Liqanın 11-ci turunda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Məğlubiyyətin əsas səbəbi nə idi?
- İlk hissəyə yaxşı başlamasaq da, sonradan toparlandıq. Bir neçə qol epizodundan yararlana bilmədik. Erkən qol vursaydıq, hesab başqa cür ola bilərdi. Qapımıza təyin olunan penalti epizodunun təkrarına baxdıq, hakimin qərarı yanlış idi. İlk qolda isə Cavid İmamverdiyev oyundan kənar vəziyyətdəydi. Biz haqsız məğlub olduq, üç xalımızı kim verəcək? Artıq neçə oyundur ki, qapımıza ədalətsiz penalti təyin olunur. “Kəpəz”lə matçda da belə oldu. Bu səbəbdən də hər şey pisə doğru gedir.
- Qapınıza təyin olunan penaltini oyunun qırılma anı saymaq olarmı?
- Bəli, həmin səhv qərar oyunun taleyini həll etdi.
- İkinci hissədə daha yaxşı oynamağa başladınız. Lakin hesab arasındakı fərqi yalnız son dəqiqələrdə azaltmaq mümkün oldu...
- İkinci hissədə taktiki dəyişiklik etdik, 4-4-2 sxeminə keçdik. Hücumda çoxalıb, daha çox irəli atıldıq. Qolu vurmaqda gecikdik. Daha tez qol vura bilsəydik, ən azından heç-heçə edə bilərdik. Amma artıq oyun bitdi və çox danışmağa gərək yoxdur.
- Oyundan sonra komanda yoldaşların çox aqressiv idi...
- Doğrudur, oyundan sonra futbolçular aqressiv olur. 90 dəqiqə əziyyət çəkirsən, sonda səhvlər nəticəsində məğlub olursan. Hər bir insan əsəbləşə bilər. Sonradan düşünürsən ki, bu normal bir
haldır.
Məftun Mahiroğlu
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi