"İnter"inin kapitanı Nizami Hacıyev Topaz Premyer Liqanın 11-ci turunda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- İlk öncə oyun haqqında fikirlərini eşidək...
- Nə deyim, vallah. Gözlədiyimiz kimi çətin oyun keçdi. Penalti epizoduna baxdım, qərar düzgün deyildi. Bizi kimsə sındırmaq istəyirsə, bu arzu reallaşmayacaq. Bu, ilk və son məğlubiyyət idi. Hər matçda qapımıza üç penalti təyin olunsa, təbii ki, qələbə qazana bilmərik. Onsuzda Azərbaycan futbolu çöküb, bizdə futbol yoxdur. Xahiş edirəm, hakim-inspektorlar bu oyuna baxsınlar, qiymət versinlər. Gəncədə olmayan penaltini verdilər, sonra üzr istədilər. Bu, nə qədər davam edəcək? İstəyirlər ki, “İnter” son pillələrə ensin. Əvvəl heyətimizdə daha çox legioner vardı, sıxırdılar bizi. İndi bizdə 5 milli komandada oynayan futbolçu var, yenə də sıxmağa davam edirlər.
- Belə çıxır ki, kiminsə “İnter”ə qarşı şəxsi qərəzliyi var?
- Belə çıxır da! Mən başqa cür qəbul edə bilmərəm.
- Oyun zamanı hakimə dedin ki, komandanı meydandan çıxaracaqsan. Çıxaracaqdın?
- Əlbəttə, çıxaracaqdım. Deyirlər ki, Nizami niyə etiraz edir, baş hakimlə danışır. Mən komandanın kapitanıyam. Etirazı mən etməliyəm də. Komandanın kapitanı o sarğını daşımaq üçün seçilmir. Mən kapitanamsa, oyunçulara cavebdehəm. Ona görə Ağabalaya sarı vərəqə veriləndə ona sual verdim ki, niyə sarı vərəqə verdin? Deyir ki, Ağabala özü bilir niyə vermişəm. Bu, biabırçılıqdrı. Əgər belə davam etsə, növbəti oyunlarda şou olacaq və bu məsələ birbaşa yuxarı gedəcək. Etməsinlər də belə. Biz kişi kimi futbol oynayırıq. Niyə bizi sıxmalıdılar? Düşmənik biz? Biz də çalışırıq ki, bu xalqı haradasa təmsil edək də.
- Baş məşqçi bildirdi ki, Rauf Əliyevin yoxluğu məğlubiyyətdə böyük rol oynadı. Sən necə düşünürsən?
- Onun mövqeyi elədir ki, hücumçu topu qəbul edib saxlayır və komanda da rahat hücuma çıxa bilir. Amma bu gün bu, bizdə yox idi. Rauf topu qabaqda yaxşı saxlayır, komanda rahat hücuma çıxa bilir. Bu gün Pərdis Fərcad-Azad beş metrdən topu vurdu qapıya, amma müdafiəçi çıxardı. Halbuki, topu mənə versə, boş qapıyla zərbə endirmək qalırdı. Mən onu qınamıram. Elə məndə də belə bir vəziyyət oldu. Bizim də ilk hissədə şanslarımız oldu, amma istifadə edə bilmədik.
- Nizami, “İnter”ə qarşı belə ögey münasibətin səbəbini nədə görürsən?
- Mən indi klubun prezidentinə müraciət etdim. Xahiş etdim ki, getsinlər hakimlərlə danışsınlar, görsünlər nə məsələdir. Niyə hər dəfə bizim başımıza gəlir belə hadisələr? 10 oyundur məğlub olmurduq, indi gəldik hakim səhvlərinə görə uduzduq. Nə qədər olacaq hakim səhvləri? Hakim oyunda səhv edə bilər, amma bu qədər də yox. Bir səhv etdin, penalti verdin, sonra daha yaxşı idarə et.
- Bir epizodda siz hücumda olarkən leyhinizə cərimə zərbəsi təyin etdi…
-Bəli, biz hücumdaydıq, oyunu saxlatdı, cərimə zərbəsi təyin etdi bizim leyhimizə. Tərlan da gəldi kobudluq etdi, o da Tərlana sarı verdi. Sonra da cəriməni bizə qarşı təyin etdi. Nə vaxta qədər belə olacaq? Siz məni düz başa düşün. Mənim ifadələrimi düz yazın ki, qoy bu millət oxusun bunu, qoy görsünlər ki, biz nələr çəkirik. Vallah, mənim nələr çəkdiyimi bir Allah bilir. Sonra deyirlər ki, hakimlə danışma. Necə danışmayım? “Sumqayıt”la oyunda hakim düzgün idarə edirdi, heç kim heç nə demirdi. Söz yox, kiçik səhvlər olurdu, amma o qədər də önəmli səhvlər deyildi. Əgər bu hakimlər layiqincə cəzasını almasa, bu futbol onsuz da çökmüş vəziyyətdədir, bundan da pis olacaq.
- AZAL-la oyundan sonra demişdin ki, hələ formada deyilsən. Bildirmişdin ki, formamı yığandan sonra səni milliyə çağırmasalar, müəyyən insanlarla hesablaşacaqsan. Artıq formadasan, amma yenə də milliyə çağırılmırsan…
- Bu, bir az qəliz məsələdir. Artıq milli komandanın heyəti açıqlanıb, amma çağırılmamışam. Əlbəttə, çox heyfslənirəm. Mən sizin vasitənizlə buradan baş məşqçiyə səslənmək istəyirəm ki, nəyə görə məni milli komandaya dəvət etmir? Elə futbolçular var ki, əziyyət çəkir, amma milli komandan kənarda qalır. Xahiş edirəm, bunu belə də yazın. Bunu mənim adımdan Prosineçkiyə də sual verin. Deyin ki, əgər bir oyunçu əsas heyətdə oynayırsa, kapitandırsa, qol vurursa, komandası üçüncü yerdə gedirsə, həmin oyunçu nəyə görə milli komandaya çağırılmamalıdır? Soruşun da. Mənim onunla münasibətim yoxdur, görüşmürəm. Əgər bizim məhəllədə qalsa, özüm də soruşaram (gülür). Onunla üz-üzə gəlsəydim, özüm də soruşardım. Mən kənd uşağıyam, kimliyindən asılı olmayaraq sualımı verəcəm. Soruşun ki, sonuncu dəfə nə zaman “İnter”in oyununa baxıb? Köməkçilərindən söhbət getmir. Özü nə vaxt gəlib bizim oyunumuza baxıb? Artıq məndə elə bir hiss yaranıb ki, elə kim gəldi milliyə çağırırlar.
Məftun MAHİROĞLU
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı