Bu gün “Qarabağ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Norveçin «Rusenborq» klubunu qəbul etdi. Qol.Az saat 18:45-dən etibarən Respublika stadionundan canlı mətn-reportaj yayımladı.
“Qarabağ” - “Rusenborq” 1:0
Bakı. T.Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:0
Baş hakim: Mihay Fabian
Baş hakimin köməkçiləri: Jolt Varqa, Yanoş Medovarski
Dördüncü hakim: Sobolç Siloşi
(Hakimlər briqadası Macarıstandandır)
Hakim-inspektor: Ladislav Qadoşi (Slovakiya)
UEFA nümayəndəsi: Tomas Veyxinq (Almaniya)
“Qarabağ”: 1.Fərhad Vəliyev, 2.Elnur Allahverdiyev, 5.Maksim Medvedev, 6.Rəşad Sadiqov, 8.Aslan Kərimov, 9.Elvin Məmmədov, 10.Emin İmaməliyev, 14.Rəşad Sadiqov, 17.Vüqar Nadirov, 20.Vaqif Cavadov, 24.Admir Teli
Ehtiyat oyunçular: 12.Sahil Kərimov, 3.Aftandil Hacıyev, 4.Zaur Həşimov, 7.Namiq Yusifov, 11.Rauf Əliyev, 15.Ayxan Abbasov, 22.Əfran İsmayılov
“Rusenborq”: 12 Jarstein Rune Almennine, 2.Lastik Mikhael, 3.Dorsin Mikhael, 4.Annan Antoni, 8.Konan İoyerya, 10.Tettey Aleksander, 13.Stadsgard Kris, 14.Steften İversen, 15.Skyelbred Per Ciljan, 18.Lago Alejandro, 30.Prica Rade
Ehtiyat oyunçular: 32.Barli Even, 7.Olsen Trond, 20.Traore Abdou, 22. Mokdvir Andreas, 24.Miller Roy, 29.Zahora Dario
Bravo “Qarabağ”. Komandamız Ağdamın işğal günündə “Rusenbor” kimi komandanı Bakıda diz çökdürdü.
Oyun başa çatdı.
90. Matçın sonuna 2 dəqiqə əlavə olundu.
85. "Rusenborq"un heyətində əvəzetmə. Aleksander Tetteyi Roy Miller əvəzlədi.
85. Tetteyin zərbəsi qapının üstündən keçdi.
83. "Qarabağ"ın heyətində sonuncu oyunçu dəyişikliyi. Emin İmaməliyevi Rauf Əliyev əvəzlədi.
81. İnanılmazzzzz. "Qarabağ" ikinci qolu vurmağa çox yaxın idi. Lakin Vaqifin zərbəsi qapı tirinə tuş gəldi.
79. "Rusenborq" təhlükəli nöqtədən cərimə zərbəsi vursa da, Rəşad Sadıqov bu dəfə də özünü topun qarşısına ataraq, qola imkan vermədi.
78. Zahora boş qapını dəqiq nişan ala bilmədi.
76. "Rusenborq"un daha bir futbolçusu, bu dəfə Zahora sarı vərəqəylə cəzalandı.
75. Rəşad Sadiqov ikinci qolu vura bilərdi. Lakin onun zərbəsini rəqib qapıçı tutdu.
75. "Rusenborq"un heyətində daha bir əvəzetmə. Skyelbredi Dario Zahora əvəzlədi.
74. Tetteyin baş zərbəsinə Fərhad inanılmaz reaksiya göstərdi.
73. "Qarabağ"ın heyətində daha bir dəyişiklik. Elvin Məmmədovun əvəzinə Zaur Həşimov meydana daxil oldu.
72. "Rusenborq"un heyətində Lustik sarı vərəqəylə cəzalandı.
69. "Rusenborq" ard-arda 3 künc zərbəsi yerinə yetirsə də, müdafiəçilərimiz dəqiq oynadılar.
67. "Qarabağ"ın heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Kapitan Aslan Kərimovu Namiq Yusifov əvəzlədi.
65. Tetteyin cinah asması təhlükəli alınsa da, Teli səhvsiz oynadı.
59. Pricanın təhlükəli zərbəsi müdafiəçilərimizə dəyərək, geri qayıtdı.
53. Olsenin topa istədiyi kimi zərbə endirə bilmədi. Hər şey komandamız üçün yaxşı qurtardı.
51. "Rusenborq"un yerinə yetirdiyi künc zərbəsi çox təhlükəli alındı. Lakin qapımız qarşısında qarışıqlıq yaranmasına baxmayaraq, arxa xəttimiz və qapıçımız səhvsiz oynadılar.
47. İversenin zərbəsi Fərhadda qaldı.
47. Tetteyin zərbəsini Fərhad çətinliklə dəf etdi.
46. Elvin sarı vərəqəylə cəzalandı.
46. Vüqar qapıçıyla təkbətək çıxmaq şansını əldən verdi.
"Rusenborq"un heyətində dəyişiklik oldu. Konanı Olsen əvəzlədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45. QOLLLLLLLLLLLLLLLLLLLLLLL. Rəşad Sadıqovvvvvvvvv. 1:0 "Qarabağ" irəlidədir.
44. "Qarabağ" təhlükəli əks hücum qursa da, Kris kobudluqla hücumun qarşısını aldı. Hakim Krisin bu hərəkətini sarı vərəqəylə cəzalandırdı.
43. Konanın yerinə yetrdiyi cərimə zərbəsi təhlükəli alındı. Lakin Fərhad səhvsiz oynadı.
39. Tetteyin ötürməyə bənzər zərbəsi qapıdan aralı keçdi.
36. Oyunda ilk sarı vərəqə qonaqlardan Antoni Annana göstərilir.
33. Komandamızın hücumu təhlükəli alına bilərdi. Lakin Elvin Eminin gözəl ötürməsinə çata bilmədi.
31. Qarşılaşmanın artıq ilk yarım saatı arxada qalıb. Son dəqiqələrdə "Rusenborq" təzyiqi artırsa da, Rəşadın başçılıq etdiyi "Qarabağ"ın arxa xətti hələ ki, inamlı oynayır.
25. Vüqarın zərbəsi təhlükəli alınmadı.
22. Bu dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir. Azarkeşlər isə bu anda stadionda "Meksika dalğası" nümayiş etdirirlər.
18. Tetteyin təhlükəli ötürməsinin qarşısına Fərhad ala bildi.
17. Vaqifin yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alınsa da, hakim ofsayt qeydə aldı.
16. "Rusenborq" nisbətən ərazi üstünlüyünə malikdir. Lakin komandamızın müdafiə xətti hələ ki, etibarlı oynayır.
10. Vüqar qapıçıyla təkbətək çıxa bilərdi, lakin rəqib qapıçı topa daha tez çatdı.
9. İversenin asması təhlükəli alınsa da, Fərhad topu tutdu.
8. Bu dəqiqələrdə komandamız bir qədər fəallaşıb. Lakin rəqib müdafiəsini yarmaq hələ mümkün olmayıb.
4. "Qarabağ"ın hücumu təhlükəli alına bilərdi. Lakin cinah asmasına toxunan olmadı.
2. "Qarabağ"ın hücumu təhlükəli alına bilərdi. Lakin Vüqar ofsayta düşdü.
1. İlk dəqiqələrdən "Rusenborq" fəallığı ilə seçilir.
Oyun başladı. UĞURLAR "QARABAĞ"!
***
Komandalar artıq oyunqabağı son məşqlərini başa vuraraq, paltardəyişmə otağına yollandılar. Matçın başlanmasına təxminən 18 dəqiqə qalıb. Arenada təxminən 20 min azarkeş var.
***
Artıq "Rusenborq" da meydandadır. Tronheym təmsilçisi oyunqabağı son məşqini keçir.
***
"Qarabağ" artıq meydandadır. Komandamız oyunqabağı son məşqini keçir. Azarkeşlər isə "Qarabağ" bizimdir, bizim olacaq" şüarını səsləndirirlər. Matçın startına 50 dəqiqə qalıb, arenada isə təxminən 7-8 min azarkeş var.
***
Matçın başlanmasına 1 saat 15 dəqiqə vaxt qalıb. Arenada hazırda təxminən 2-3 min azarkeş var.
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab
“Biz də bu mövqedə olmaqdan razı deyilik” - Vüsal İsgəndərli
"Nyukasl" klubunun sahibləri dəyişəcək?
"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər
2-ci liqada 6 oyunun hakimləri
Türkiyəyə qalib gəlsələr, 1 milyon mükafat alacaqlar
Haaland Premyer Liqanın ən yaxşısı seçildi
FİFA "Barselona"ya təzminat ödəyəcək
AFFA oyunları təxirə saldı
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
İran millisi həlak olan 179 məktəbli qızı belə andı - Video
UEFA tanınmış klubu bu mozaikaya görə cərimələdi
Klopp: "Salah daha 6-7 il ən yüksək səviyyədə oynaya bilər"
Musa Qurbanlı: “Azarkeşlər matçdan zövq aldılar”
"Napoli" Lukakunu cəzalandıra bilər
“Barselona” rəhhərliyi qəzəblənib
Alan Şirer qəza keçirdi
Emin Mahmudov: “Syerre Leone daha ciddi və güclü rəqibdir”
Messi DÇ-2026-da oynayacaqmı? - Skalonidən açıqlama
Almaniya millisində debüt etdi
Almaniya, Niderland və İspaniyadan qələbə
Azərbaycan millisinin vurduğu 6 qol- Video
“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov
Millimizin paltardəyişmə otağını su basdı - Video
Ukrayna millisi qarət olundu
"Atletiko"nun Simeone ilə bağlı qərarı
"İnter Mayami" tribunaya Messinin adını verdi - Tarixdə ilk
Ferland Mendi qayıtdı
“Uduzmuşuqsa, deməli, pis oynamışıq” - Rəşad Eyyubov
Azərbaycan millisinin oyununun vaxtı dəyişdirildi
Azərbaycan millisinin Sent Lüsiya ilə oyun üçün heyəti