Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid Hüseynovun müsahibəsi
- UEFA Millətlər Liqasındakı rəqiblər barədə nə deyə bilərsiniz?
- Asan kimi görünə bilər. Amma heç də zəif komandalar deyil. Məsələn, Lüksemburq 4-5 il əvvəl məğlub etdiyimiz komandadan fərqlidir. Son oyunlarına da nəzər yetirsək, necə inkişaf etdiklərini görərik. Şübhəsiz ki, qrupda ağır oyunlar olacaq. Bununla belə, qarşımıza məqsəd qoyub, vəziyyəti öz xeyrimizə dəyişməyə çalışacağıq.
- Monteneqro, Kipr, yoxsa Lüksemburq daha təhlükəlidir?
- Bu qrupda konkret favorit demək çətindir. Monteneqro favorit göstərilsə də, mənim ən çox çəkindiyim komanda Lüksemburqdur. Onların millisi son illər çox inkişaf edib.
- Milliyə çağırılsanız, kiprlilərə qarşı xüsusi motivasiyada hazırlaşacaqsınız?
- Xeyr, eyni formada hazırlaşacağam. Digər komandalara necə, Kiprə də o cür yanaşacağam.
- Rəqib komandaların ölkələrində millimiz autsayder qismində göstərilir. Bu amil sizdə qıcıq yaratmır?
- Ümumi götürsək, Azərbaycan millisini heç vaxt saymayıblar, bizə həmişə yuxarıdan aşağı baxılıb. Bütün futbolçular ilk təlim-məşq toplanışının birinci günündən etibarən buna hazırlaşmalıdırlar. Onlara düşünülənin əksini sübut etmək lazımdır. Bu həyatda hər gün nəyisə sübut etməlisən.
- Rəqiblərin heyətində legioner həyatı yaşayan kifayət qədər futbolçular var. Bu amil komandamızın vəziyyətini çətinləşdirməyəcək?
- Düzdür, rəqib ölkələr Avropaya daha yaxındırlar. Əsas onların harada oynamaları yox, bizim komanda şəklində yığışıb, sözü bir yerə qoymağımızdır. Belədə yüksək nəticə də əldə etmək olar. Onlar nə Portuqaliya, nə Almaniyadırlar. Amma yenə də güclüdürlər. Eybi yox, bizə yuxarıdan aşağı baxsınlar. Meydanda döyüşərək yaxşı nəticə qazanmağa çalışmalıyıq. Elə çıxış edək ki, həmişəlik yadlarında qalsın. Bu cür düşünmələri bizim üçün əlavə bir stimuldur. Bunu uşaqlara da çatdırmaq lazımdır ki, heç kim bizi saymır, meydana çıxıb, özümüz özümüzə hörmək qazandırmalıyıq.
- Futbol ictimaiyyəti arasında belə bir fikir var ki, ilk Millətlər Liqasında daha zəif qrupa düşmüşdük və yığmamız orada 1-ci yeri tuta bilmədisə, bu dəfə necə bacarsın?
- Həmin vaxt şansımız var idi. Amma futbolda belə hallar olur. O qrupda bizdən üstün olan yalnız Kosovo idi. Onların futbolçuları güclü çempionatlarda çıxış edirdilər. İndiki qrupda isə rəqiblərimizin hər üçündə yaxşı futbolçular var. İndiki qrup nisbətən daha güclüdür.
- Millimiz nəyə iddia etməlidir?
- İddia həmişə birincilik olmalıdır. Bunun başqa yolu yoxdur. Hansısa yarışa gedəndə idmançının ilk düşüncəsi birinci yeri tutmaq olur. Komandamız yaxşı futbol oynamağı bacarır. Kollektiv şəkildə istəsək, oyuna düzgün şəkildə yanaşsaq, köklənsək, arzuladığımız nəticəni əldə edə bilərik.
- Milli komandanın baş məşqçi postu hələ də boş qalır. Hazırda italyan və türk məşqçilərin adları hallanır. Almaniya və Xorvatiya modelindən sonra hansı ölkənin baş məşqçisinin gətirilməsini istərdiniz?
- Şəxsən mən Azərbaycan futbolunu stil olaraq İspaniya futboluna yaxın hesab edirəm. Onlar kimi, bizdə də daha çox texniki futbola üstünlük verilir. Seçimi AFFA edəcək, əsas odur ki, komandaya xeyirli mütəxəssis olsun.
- İspaniyalı məşqçinin gəlişini arzulayırsınız?
- Sadəcə, öz fikrimi bildirdim. Əslində Robert Prosineçkinin qaytarılmasını istəyərdim. Son vaxtlar Rəşad Sadıqovun adı hallanır. Rəşad yaxşı seçim ola bilər. Çünki o, millinin, çempionatın içindən çıxan mütəxəssisdir. Hamı onun xarakterinə, xasiyyətinə bələddir. Tez münasibət qurmağı bacarır.
- Ancaq Rəşad Sadıqovun məşqçilik təcrübəsi, demək olar ki, yoxdur. Birdən-birə yığmaya gəlməklə özünü “yandırmaz”?
- Seçim onun üzərində olsa, qərarı yalnız Rəşad özü verə bilər. Riski, təhlükəni yalnız o özü gözə almalıdır. Sadıqovun uzaqgörənliyi var. Uşaqların ona böyük hörməti var. Yəqin ki, bir sözünü iki eləməzlər. Həmişə qarşısındakına başa düşəcək şəkildə izah etməyə çalışır. (Apasport.az)
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı