Traore "Liverpul"a keçə bilər

Traore "Liverpul"a keçə bilər
DÜNYA FUTBOLU 16 Oktyabr 2020 / 15:32 2473
-  A +

“Vulverhempton”un futbolçusu Adama Traore “Liverpul”a keçə bilər.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, mersisaydlılar İspaniya millisinin üzvünü qışda heyətinə cəlb etməyi planlaşdırır. 24 yaşlı hücumçu ilə danışıqların davam etdirildiyi, ancaq hələlik tam razılıq əldə olunmadığı bildirilir.

Qeyd edək ki, ötən mövsüm uğurlu çıxışı ilə yadda qalan forvard bu mövsüm 5 oyuna çıxıb və qol vura bilməyib. Transfermarkt portalı oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir.

Son xəbərlər