“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədovun Qol.Az saytına müsahibəsi
- Komandanızın bu mövsümdəki çıxışına necə qiymət verərdiniz?
- Özünüz də bilirsiniz ki, “Bakı” hər zaman həm çempionluq, həm də ölkə kubokunu qazanmağa oynayır. Bu mənada, bu mövsümü bizim üçün uğurlu saymaq olmaz. Çünki çempionatda 6-cı yeri tutmaq “Bakı”nın imicinə uyğun deyil. Lakin sabah kubokun final görüşü baş tutacaq. Əgər, kuboku qazana bilsək, bunu özümüz üçün hardasa, təsəlli hesab etmək olar. Çünki ən azı mövsümü titulla qapaya biləcəyik. Yenə deyirəm, “Bakı” hər zaman çempionluğa oynayır.
- Ümumiyyətlə, sabahkı oyundan nə gözləyirsiniz?
- Bilirsiniz ki, kubok oyunları çempionat qarşılaşmalarından fərqlidir. Rəqibimiz “Neftçi”yə böyük hörmətimiz var. Fikrimcə, maraqlı bir oyun olacaq. Kimin qalib gələcəyini isə oyunun sonunda biləcəyik.
- Yəqin ki, kuboku qazansanız, futbolçularınıza yaxşı mükafat verəcəksiniz...
- Futbolçulara nə qədər mükafat veriləcəyini klubun prezidenti Hafiz Məmmədov müəyyən edəcək. Mükafat futbolçuların oyuna yaxşı motivasiya olmasında böyük rol oynayır. Ancaq onu deyim ki, mükafat olmasa da, “Bakı” futbolçuları kuboku qazanmalıdır.
- Final qarşılaşmasından öncə söhbətlər dolaşır ki, “Neftçi” bilərəkdən “Bakı”ya oyun verəcək. Bu iddialara sizin münasibətiniz necədir?
- Bunlar boş söhbətdir. Sabah özünüz hər şeyin şahidi olacaqsınız. Belə şayiələr hər zaman var və olacaq da. Yenə deyirəm, “Bakı” heç bir çirkin oyunlara getmir və bundan sonra da getməyəcək.
- Ancaq çempionatın son turunda səfərdə “İnter”lə oyunda “Bakı”nın meydana ikinci heyəti buraxması, əlavə söz-söhbətlərə yer açdı. Bu barədə nə deyərdiniz?
- Dediyim kimi, şayiələr hər zaman olur. Bunun qarşısını nə siz, nə mən, nə də, başqası ala bilər. “İnter”lə görüşə gəlincə, ikinci heyət futbolçuları da bizə məxsusdur. Onlara da biz inanırıq. İstənilən klub rəhbəri, baş məşqçi nə olursa-olsun, birinci növbədə qarşıdakı vacib və ağır oyununu fikirləşməlidir. Baş məşqçimiz əsas heyətin futbolçularını qorumaq məqsədilə bu addımı atmışdır. Həmçinin, burada meydança amili də nəzərə alınıb. Özünüz bilirsiniz ki, “Şəfa” stadionun meydançası hansı vəziyyətdədir.
- Artıq Avroliqaya vəsiqə qazanmısınız. Bununla əlaqədar transfer məsələlərinə başlanılıbmı?
- Bizdə transfer məsələlərində işlər hər zaman aparılır. Bizim məqsədimiz Avroliqaya çıxmaq deyildi. Ən birinci məqsədimiz Azərbaycanda titul qazanmaq idi. Yəni ilk növbədə, qarşımızda ya çempion olmaq, ya da kuboku qazanmaq vəzifəsi dururdu. Artıq Avroliqaya da vəsiqə təmin etmişik. Hesab edirəm ki, “Qarabağ”dan sonra bu gün “Bakı” Azərbaycan klubları arasında reytinqdə hər kəsdən irəlidədir. Biz çalışacağıq ki, mövsümü kuboku qazanmaqla qapadaq ki, əlavə söz-söhbətlərə yol açılmasın.
- Mövsümün sonu klubdan gedənlərin siyahısı bəllidir?
- Əlbəttə, gedənlər və gələnlər olacaq. Ancaq hazırda yalnız sabahkı kubok oyunu haqda düşünürük. Bütün bunlara final oyunundan sonra aydınlıq gələcək. Həmçinin məşqçi məsələsi də yalnız oyundan sonraya qalıb.
- Avroliqada mərhələ adlamaq şanslarınızı necə görürsünüz?
- Mən bu yarışmada həm özümüzə, həm də digər klublarımıza uğurlar arzulayıram. Heç olmasa, Azərbaycanı Avropada təmsil edən klublardan ən azı biri qrup mərhələsinə düşməlidir. Buna biz “Bakı” olaraq çox sevinərik. Öz şansımıza gəlincə, göydə Allah, yerdə bəndə. Mən fikirləşirəm ki, “Bakı” Azərbaycanı layiqincə təmsil edəcək. Lakin hara kimi gedəcəyimizi deyə bilmərəm.
Əli HƏYATİ
"Yuventus" futbolçusuna 7,5 milyonluq müqavilə təklif etdi
"Karvan" "İmişli"ni belə məğlub etdi - Video
"Milan"ın Menyan qərarı
Xviça yalnız bu şərtlə "Napoli"də qalacaq
"Difai Ağsu" - "Mingəçevir" oyununda 5 qol - Video
"Atletiko" Oblakı transferə çıxardı
"Difai Ağsu" və "Karvan"dan qələbə
Əvəzedicilər Liqasında 32-ci tur başa çatdı
ÇL-in oyunu bu kanallarda
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
"Qusar"ın səfər qələbəsi - Video
Tuhel: "Madriddə qələbə qazanmalıyıq"
Timo Verner üçün mövsüm başa çatdı
Del Boskeyə vəzifə verildi
Buffon 12 il əvvələ qayıtmaq istəyir
Qvardiola peşmandır
Təzimə layiq o ötürmə barədə danışdı
“Qarabağ”ı özlərinin “Qorxulu siyahısı”na saldılar
Məşhur qapıçı Avro-2024-də olmayacaq
FİFA referisi Zaqataladakı oyuna təyinat aldı
"Real"ın yeni ağsaqqalı!
"Bavariya" Ranqniklə danışıqları təsdiqlədi
Azərbaycan minifutbol millisindən 1 qələbə, 1 məğlubiyyət
"Münhendə 90 dəqiqə əziyyət çəkməli olduq" - Ançelotti
Münhendə 4 qol, Kroosdan möhtəşəm ötürmə - Video
"Bavariya" "Real"la heç-heçə etdi
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı