Timo Verner üçün mövsüm başa çatdı

Timo Verner üçün mövsüm başa çatdı
XƏBƏR 1 May 2024 / 15:30 1524
-  A +

“Tottenhem”in futbolçusu Timo Verner mövsümün qalan hissəsində meeydana çıxa bilməyəcək.

QOL.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ange Postekoğlu danışıb. O, İngiltərə Premyer Liqasının 35-ci turunun “Arsenal”la matçında zədələnərək meydanı tərk edən hücumçunun cari mövsümdə oynaya bilməyəcəyini deyib: Təəssüf ki, Timo son oyunda zədələndi. Onun dizində zədə var. Buna görə də Timo mövsümün qalan hissəsində meydana çıxmayacaq".

Qeyd edək ki, T.Verner London təmsilçisində icarə əsasında oynayır. O, müqavilə ilə “Leyptsiq”ə məxsusdur. 


Son xəbərlər
topaz banner