"Bavariya"nın baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"la heç-heçə etdikləri ilk oyun haqqında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis 2:2 hesablı heç-heçəni belə şərh edib:
“Oyuna çox yaxşı başladıq. Elə ilk dəqiqədə önə keçə bilərdik. Sonra rəqib bizi üstələdi. Səbəbini belə bilmirəm. Qol buraxdıq və vəziyyət çətinləşdi.
İkinci hissədə daha yaxşı oynadıq. Əzmkarlıq nümayiş etdirdik. Hesabı 2:1 etdik və çoxlu şanslarımız oldu. Üçüncü qolu vurmaq lazım idi. Qəribədir, "Real" iki şansı iki qola çevirdi. İndi vəziyyət aydındır. Madriddə qələbə qazanmalıyıq və finala yüksəlməliyik. Mənim üçün şanslar hələ də bərabərdir. Görək nə olacaq”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu mayın 8-də İspaniyada keçiriləcək.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır