Ronaldo dubl etdi, "Əl-Nəsr" finala adladı

Ronaldo dubl etdi, "Əl-Nəsr" finala adladı
DÜNYA FUTBOLU 2 May 2024 / 00:20 3953
-  A +

Məşhur hücumçu Kriştianu Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı kubokunda “Əl-Xaleej” ilə yarımfinal oyununa çıxıb.

QOL.az xəbər verir ki, görüş Ər-Riyadda keçirilib. Matçda "Əl-Nəsr" 3:1 hesabı ilə qalib gəlib. Bununla da komanda finala adlayıb.

Kriştiano Ronaldo bu görüşdə dubla imza atıb. Meydan sahiblərinin heyətində seneqallı hücumçu Sadio Mane də 1 qol vurub.

Turnirin həlledici oyununda "Əl-Nəsr" “Əl-Hilal”la qarşılaşacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner