"İnter" liderliyi qorudu

"İnter" liderliyi qorudu
PREMYER LİQA 15 Fevral 2009 / 19:48 6613
-  A +

Qol.Az saytı Premyer-liqanın 14-cü turunun ikinci gününün bütün oyunlarından online-reportaj yayımlayıb.



"İNTER" - "OLİMPİK" - 1:0 
Qol: Danilou Assioli (59)

Hakimlər:
Zöhrab Qədiyev, Munis Abdullayev, Aydın Ələkbərov, Ceyhun Haşımov

Oyun başa çatdı
83. 
"Olimpik"li Axalkatski təkbətək mübarizədən istifadə edə bilmir.
81. Hələ ki, oyun bərəbər mübarizə şəraitində keçir.
67. Əliyar İsmayılov, ardınca Elvin Məmmədov "Oimpik"in qapısı qarşısında təhlükəli vəziyyət yaradırlar. Rauf Mehdiyev ilk zərbənin qarşısını alır. Elvinin zərbəsindən sonra isə top qapıdan aralı keçir. 
62.
Assioli daha bir qol vurmağa yaxın olur. Onun akrobatik tullanışla vurduğu zərbədən sonra top qapının üstündən keçir.
59. Danilou Assioli başla vurduğu qolla "İnter"i hesabda irəli çıxarır - 1:0.
57.
"İnter"li Auqusto əlverilşli vəziyyət yararalana bilmir.
50.
Samir Abbasovun ("İnter") uzaq məsafədən vurduğu zərbədən sonra qapıçl Rauf Mehdiyev topu dəf edir.
İkinci hissə
Birinci hissə başa çatdı
45.
"İnter" axır ki, təhlükəli vəziyyət yaradır. Çervenkanın cərimə meydançasından vurduğu top qapıdan azca aralı keçir.
33. Oyun heç də lider komandaların oyununa bənzəmir. Hələlik qapılar qarşısında bir dəfə də olsun real qol imkanı yaradılmayıb.
18. Oyun yenə əvvəlki templə davam edir.
8. Oyun qarşılıqlı hücumlar şəraitində davam edir. Hələlik qapılar qarşısında real qol vəziyyəti yaranmayıb.
Oyun başladı






"XƏZƏR-LƏNKƏRAN" - "KARVAN" - 0:0
Lənkəran Şəhər Mərkəzi stadionu

Hakimlər: Vüsal Əliyev, Azad.Q Hüseynov, Orxan Məmmədov, Azad Mütəllimov

Oyun başa çatdı
85. Doroşun qüvvətli olmayan zərbəsini Kamran tuta bilir
80. Mario Souzanın əvəzinə meydana Ahmet Dursun daxil olur.
İkinci hissə XL-in üstünlüyü ilə keçir. "Karvan" fəallığı azaldıb.
78. XL-in təhlükəli hücumlarının "Karvan"ın müdafiəçiləri ala bilirlər.
67. Mesxinin uzaq məsafədən qüvvətli zərbəsini Kamran Ağayev fantastik sıçrayışla  dəf edir.
62. Svetkovun uzaq məsafədən vurduğu zərbədən son Kovalyov çətinlik çəkmədən topu tutur.
58. Marionun təhlükəli zərbəsi qapldan azca aralı keçir.
49. Rahid Əmirquliyev iki rəqibdən keçib qapiya qüvvətli zərbə vurur. Kovalyov yerindədir.
İkinci hissə
Birinci hissə başa çatdı
44. Xəzər qola çox yaxın olur. Svetkovun zərbəsi qapıdan azca aralı keçir.
38. Svetkovun başla zərbəsini Vitali Kovalyov topu tutur.
35. "Xəzər" yaxşı imkan əldə edir. Marionun zərbəsi qapıdan xeyli aralı keçir.
32. Svetkos sarı vərəqə alər.
29. Cərimə meydançasında olan Rəşad Kərimov (Karvan) real qol imkanını əldən verir.
25. Komandalar qarşılıqlı hücumlar təşkil edir. Oyun maraqlı keçir.
20. Doroş qol vursa da, hakim qolu qeydə almır. Doroş ofsaydda idi.
17. Karvan hücumdadır. Komanda künc zərbəsindən faydalana bilmir.
14. Ramulonun (XL) zərbəsi qapının üstündən keçir.
12. XL-in türkiyəli legionerlərindın Fatih Sonkayanın transfer vərəqəsini almaqda problemi yarandığı üçün bu oyunda iştirak etmir. Ahmet Dursun ise ehtiyatdadır.
9. Xəzər topa nəzarəti ələ keçirir.
6. Karvan təhlükəli vəziyyət yaradır, Doroş əlverilişli imkandan istifadə edə bilmir. Oyuna Karvan nəzarət edir.
5. Vüqar Nadirov uzaq məsafədən qapiya zərbə vurur. Kamran Ağayev yerindədir.
4. Lənkəranlı azarkeşlər komandalarını qələbəyə səsləyirlər.
Oyunun gedişini 10 mindən çox azarkeş izləyir
Oyun başladı





"NEFTÇİ" - "STANDARD" - 2:1 
Qollar: Adrian Nyaqa, 32 (1:0), Rodriqo Silva, 60 (1:1), Əli Cansun, 90+1 (2:1)
 

T.Bəhramov adına Respublika Stadionu
Hakimlər: Babək Quliyev, Azər Məmmədov, Ramiz Əsədov, Zöhrab Əliyev


Oyun başa çatdı

90+1 - QOL. İkinci hissədə meydana daxil olan Əlİ Cansun qol vurur - 2:1
75. Standard yuzfaizli qol imkanından yararlana bilmir.
74. Oyun əsasən meydanın mərkəzində gedir, hücumların qarşısıni müdafiəcilər ala bilirlər. 
60. Rodriqo Silva hesabı bərəbərləşdirir - 1:1
57.
Stefanovun uzaq məsafədən zərbəsindən sonra qapı tiri "Standard"ı qoldan xilas edir.
50. Atem yenə qapıçı ilə üzbəüz qalır, lakin Məhəmmədov möhtəşəm oynayır
47. Valentin Atem 100 faizli qol şansını boşa verir. Hüseyn Məhəmmədov yaxşı oynayır

İkinci hissə

Birinci hissə başa çatdı
40. Qarşılıqlı hücumlar davam edir, amma qoldan sonra təhlükəli epizod yaranmayıb.
32. Adrian hesabı açır - 1:0
24. Neftçi təşəbbüsü ələ alaraq hücumlar təşkil edir,amma hələlik real qol vəziyyəti yarada bilməyib.
15. Standardın oyunçusu təktətək epizoddan yararlana bilmir. 
13. Oyun hələ də sönük keçir.
4.Oyun hələ ki, sakit tempdə gedir. 
Oyun başladı







"TURAN" - "SİMURQ" - 0:1
Qol: Artyux (10)
Hakimlər:
Anar Salmanov, İsgəndər Əliyev, Azər Əsgərov, Elvin Əsgərov


Oyun başa çatdı
89. Oyun yekunlaşır, amma bu komandalar ikinci hissədə bir dənə də olsun real qol vəziyyəti yara bilməyiblər.
78. Oyun sakit tempdə davam edir.
65.
Əfran İsmayılovun 30 metrlik məsafədən vurduğu cərimə zərbəsini qonaq komandanın qapıçısı güncə çıxarır
60. "Turan" hücum edir, "Simurq" müdafiəyə çəkilib və əks-hücumlara üstünlük verir. İkinci hissədə qapılar qarşısında yaddaqalan vəziyyət yaranmayıb.

50. Oyun sakit temdə və bərabər mübarızə şəraitində keçir.
İkinci hissə başladı

Birinci hissə başa çatdı
40. "Turan"ın üstünlüyü davam edir, amma meydan sahibləri rəqib qapısına yol tapa bilmirlər.
33. Aleksandr Malıgin ("Simurq") kobud oyuna görə sarı vərəqə alır.

32. Oyunun tempi bir qədər aşağı düşüb, üstünlük meydan sahiblərinin tərəfindədir.
24. "Turan"dan Ə.İsmayılov qol vurmağa yaxın olsa da, "Simurq"un qapıçısı komandasını qoldan xilas edir.
23. Elşən Məmmədovdan novbəti zərbə: Anar Nəzirov topu tutur.
20. "Simurq"dan Elşən Məmmədovun zərbəsini qapıçı Anar Nəzirov cətinliklə də olsa dəf edir.
17. Ə.İsmayılov ("Turan") təkbətək mübarizədən yararlana bilmir, müdafiəçilər son anda təhlükəni zərərsizləşdirirlər.
Oyunun gedişini 8-10 min azarkeş izləyir.
15.
Buraxılan qoldan sonra "Turan" fəallığı azaldıb. İndi daha çox "Simurq" hücum edir.  
10. Füzuli Məmmədovun otürməsindən sonra Artyux "Simurq"u hesabda irəli çıxarır - 0:1.
7. "Turan" hesabı açmağa yaxın olur. Komandanın futboluçusunun zərbəsi qapıdan azca aralı keçir.
Oyun başladı



14 FEVRAL

"MUĞAN" - "QƏBƏLƏ" - 0:4

Qollar: Kamara (23), Kənan Kərimov (53, 90+2), Fərzad Hatəmi (77)
Hakimlər: Anar Niyazov, Mehman Mahmudov, İlham Əliyev, Ramil Diniyev

Oyun başa çatdı

90+2. Qol. Kənan Kərimov dordüncü qolu vurur - 0:4.

"Muğan"ın rəhbərliyi istefa şüarı səsləndirən azarkeşləri sakit olmağa çağırir.
"Muğan"ın azarkeşləri baş məşqçi Vladislav Qədirovu istefaya səsləyirlər.

77. Qol - Üç dəqiqə əvvəl meydana daxil olan Fərzad Hatəmi komandasının üstünlüyünü artırır - 0:3
74. "Qəbələ"də Fərzad Hatəmi Samir Zərgərovun əvəzinə meydana daxil olur.
60. "Qəbələ" daha bir qol vurmağa yaxın olur, amma iki-üç metrlik məsafədən vurulan zərbə qapının üstündən keçir.
54. Buraxılan qoldan sonra "Muğan" hesab arasındakı fərqi azaltmağa yaxın olur. Salyan klubunun futbolçusunun zərbəsindən sonra top qapı tirinə dəyir.
53. QOL. Mikayil Namazovdan otürmə alan Kənan Kərimov başla qol vurdu - 0:2
İkinci hissə
Birinci hissə başa catdı
40. Sarı vərəqələrin sayına görə hesab bərabərləşir - 1:1. Bu dəfə "Qəbələ"dən Anatoli Ostapa xəbərdarlıq edilir.
36. "Muğan" ard-arda iki təhlükəli vəziyyət yaradır. Əvvəlcə Kitelmanın zərbəsindən son qapıçı topu qaytarır, Tərlan Xəlilovun zərbəsi qapının üstündən keçir.
31. Qonaq komandadan Puponun zərbəsini qapıçı dəf edir, "Qəbələ" günc zərbəsindən yararlana bilmir. 
30. Qoldan sonra oyunun tempi bir qədər aşağı düşüb. Topa qonaqlar nəzarət edir, oyun əsasən meydanın mərkəzində keçir.
23. QOL. Kamara hesabı açır - 0:1.
22. Kənan Kərimova qarşı kobudluq etdiyi üçün Elnur Abbasov ("Muğan") "sarı vərəqə" alır.
20. "Qəbələ"nin təhlükəli hücumu oldu. Məkan Nəsirovdan ötürmə alan Tomas topu sinəsiylə saxlayıb qapıya zərbə vurdu. Top qapının üstündən keçdi.
17. Kamaradan ötürmə alan Kənan Kərimovun vurduğu zərbədən sonra "Muğan"ın qapıçısı topu tutur.
9. Muğan" üstünlüyü ələ alıb, amma hələlik komandalar real qol vəziyyəti yara bilməyiblər.
2. Topa daha çox qonaq komanda nəzarət edir.
Oyun başladı





"QARABAĞ" - "BAKILI"  - 3:0
Qollar:
Emin İmaməliyev (7, 53), Admir Teli (70)
Hakimlər: Rövşən Əhmədov, Rauf Məmmədov, Samir Hacıyev, Elçin Səmədli


Oyun başa catdı
90+2. Zaur Ramazanov yenə təkbətək mübarizədən istifadə edə bilmir.
87. Rəşad Sadiqovun qüvvətli zərbəsindən sonra top qapının üstündən keçir.
79. Zaur Ramazanov təkbətək epizoddan yenə yararlana bilmir.
70. Albaniyalı Admir Teli baş zərbəsiylə uçuncü qolu vurur -
3:0.
62.
"Bakılı" axır ki, rəqip qapisına ilk zərbəni vurur. Amma Hafiz Əliyevin zərbəsindən sonra top qapıdan xeyli arali keçir.
53. Emin İmaməliyev "Bakılı"nın müdafiəçilərinin səhvini bağışlamır -
2:0
51. Rəşad Sadiqov Vaqif Cavadovu əlverlişli mövqeyə cixarır, sonuncu qol şansını əldən buraxır.
İkinci hissə başladı
Birinci hissə başa çatdı
45. Vaqf Cavadovun başla zərbəsindən sonra top qapının üstündən keçir.
40. Maksim Medvedyevin uzaq məsafədən zərbəsini "Bakılı"nın qapıçısı zərərsizləşdirir.
37. Rəşad Sadiqov güclü zərbəsini qapıçı qaytarır, Eminin təkrar zərbəsini "Bakılı"nın qolkiperi zərərsizləşdirir.
35. Üstünlük yenə də "Qarabağ"dadır. Oyun əsasən meydanın mərkəzində gedir.
23. Oyun bütünlükdə "Qarabağ"ın üstünlüyü ilə keçir.
22. Zaur Ramazanov təkbətək epizoddan yararlana bilmir.
18. Emin İmaməliyevin təhlükəli zərbəsini müdafiəçi qapı xəttındən çıxarır.
16. Zaur təkbətək cıxdı, Vaqifə otürmə verdi. Amma sonuncu real imkandan yararlana bilmədi.
7. Zaur Ramazanov otürməsindən sonra Emin İmaməliyev hesabı açır - 1:0.
Bu gün "Qarabağ"ın məşqçisi, komandanın lider oyunçularından olmuş Müşfiq Hüseynovun 39 yaşı tamam olur.
4. Zaur Ramazanovun təhlükəli zərbəsini müdafiəçilər dəf edir. 


MOİK - "BAKI" - 0:3
Qollar:
Naçevski (30), Peres (47), Ramim (65)
Hakimlər: Fariz Yusifov, Əliyar Ağayev, Roman Vasilyev, Hacıəli Ağayev

Oyun başa çatdı
70.
Adamiya qol vursa da, hakim hesabi almir. Cünki zərbə aninda Naçevski oyundan kənar vəziyyətdə olur.
67. MOİK təhlükəli hücum təşkil edir, "Bakı"nın müdafiəciləri rəqibin qol vurmasına imkan vermirlər.
65. Ramim başla ücüncü qolu vurur -
0:3.
Boretsin əvəzinə meydana Ramim daxil olur.
Vadim Borets hava mübarəzəsində rəqiblə toqquşur, onun başından qan axır.
47. Peres "Bakı"nın ikinci qolunu vurur - 0:2.
İkinci hissə
42. Boretsin zərbəsindən sonra top qapının yanından keçir. MOİK müdafiədə etibarlı oynayır.
"Bakı"da Mahmud və Adamiya fəallığı ilə seçilir.
MOİK-də Renat Sultanovun əvəzinə meydana Aleksandr Semonayev daxil olur.
30. Adamiyanın ötürməsindən sonra Naçevski hesabı açır - 0:1
26.  Oyun "Bakı"nın üstünlüyü ilə keçir, amma Haciyevskinin komandası hələ istəyinə nail ola bilmir.
19. Mahmud cərimə meydançasında olan Peresə otürmə verir. Sonuncu qol imkanını əldən buraxır.
12. Oyunu "İnter" klubunun futbolçuları da izləyir.
7. Oyuna "Bakı" nəzarət edir. Amma hələlik oyun sönük keçir.


Turnir cədvəli 

Premyer Liqa 

 

KOMANDALAR O Q H  M  T-F  Xal
1. "İnter" 14 10 4 0 29-8 34
2. "Bakı" 14 10 2 2 34-6 32
3. "Simurq" 14 9 4 1 19-8 31
4. "Qarabağ" 14 8 3 3 22-15 27
5. Xəzər-Lənkəran 14 8 3 3 24-12 27
6. "Karvan" 14 8 2 4 19-11 26
7. "Olimpik" 14 7 4 3 17-11 25
8. "Standard" 14 6 2 6 13-15 20
9. "Neftçi" 14 4 4 6 13-12 16
10. "Qəbələ" 14 4 3 7 17-14 15
11."Bakılı" 14 1 3 10 9-35 6
12. "Muğan" 14 1 2 11 9-28 5
13. MOİK 14 1 2 11 6-29 5
14. "Turan" 14 0 4 10 3-30 4

 

Daha çox


Son xəbərlər