Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib.
Qol.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.
Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Bolqarıstan güləşçisiylə qarşılaşan Eldəniz ilk hissəni 5:0 öndə tamamlasa da, yekunda məğlubiyyətdən xilas ola bilməyib.
Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisiylə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün Məmmədov ikinci yarış günündə təsəlliverici görüşə çıxmaq hüququ qazanıb.
Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısıyla görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisiylə prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə birinciliyinin finalına vəsiqə qazanıb.
İslam Abbasov ilk mərhələdə yanvarda Fransa "Qran-pri"sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb. İslam 1/8 finalda polşalı həmkarından güclü olub. Abbasov 1/4 finalda Bolqarıstan təmsilçisini "tuşe" ilə üstələyərək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında son dünya çempionatının gümüş medalçısı olmuş macar həmkarına yenildiyindən ikinci yarış günündə bürünc medal üçün güləşəcək.
Sabah Şəriəti startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. Prinsipial qarşılaşmadan yığma üzvü qalib ayrılıb. Ancaq 1/4 finalda rumıniyalı rəqibinə uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün Sabah təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər sabah gündüz, medal qarşılaşmaları isə axşam seansında keçiriləcək.
55 kq
1/4 final: Eldəniz Əzizli - Rudik Mkrtaçyan (Ermənistan) - 7:1
1/2 final: Eldəniz Əzizli - Edmond Armen Nazaryan (Bolqarıstan) - 5:7
Bürünc medal görüşü: Eldəniz Əzizli - Snorre Harsem Lund (Norveç) / Covanni Freni (İtaliya)
63 kq
1/8 final: Taleh Məmmədov - İbrahim Labazanov (Rusiya) - 0:8
Təsəlliverici görüş: Taleh Məmmədov - Erik Torba (Macarıstan)
77 kq
Təsnifat: Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan) - 5:3
1/8 final: Sənan Süleymanov - Matteo Maffezzoli (İtaliya) - 7:0
1/4 final: Sənan Süleymanov - Georgios Prevolarakis (Yunanıstan) - 6:4 (tuşe)
1/2 final: Sənan Süleymanov - Karapet Çalyan (Ermənistan) - 3:0
FİNAL: Sənan Süleymanov - Zotlan Levay (Macarıstan)
87 kq
Təsnifat: İslam Abbasov - Kiril Maskeviç (Belarus) - 3:2
1/8 final: İslam Abbasov - Arkadiuş Kuliniç (Polşa) - 3:1
1/4 final: İslam Abbasov - Tarek Mohammed Abdelsalam (Bolqarıstan) - 4:3 (tuşe)
1/2 final: İslam Abbasov - Viktor Lorints (Macarıstan) - 1:6
Bürünc medal görüşü: İslam Abbasov - Mirko Minqutsi (İtaliya) / Eyvidas Stankeviçyus (Litva)
130 kq
1/8 final: Sabah Şəriəti - David Ovasapyan (Ermənistan) - 3:0
1/4 final: Sabah Şəriəti - Alin Aleksuk Kiurariu (Rumıniya) - 2:3
Təsəlliverici görüş: Sabah Şəriəti - Zurabi Gedexauri (Rusiya)
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video