Milli komandamız və "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov Qol.az-a müsahibə verib. Yığmamızın gələn ay Avro-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə keçirəcəyi oyunlar haqda danışan futbolçu "ağ-qaralar"ı "Səbail"ə dəyişəcəyi ilə bağlı xəbərlərə isə münasibət bildirmək istəməyib.
- Artıq bir neçə gündür millinin düşərgəsindəsən. Əhval-ruhiyyə necədir və qarşıdakı oyuna hazırlıq hansı səviyyədə gedir?
- Artıq hazırlığa başlamışıq. Məşqlərimiz yüksək səviyyədə keçir. Əhval-ruhiyyə də yaxşıdır. İnanıram ki, birinci oyuna optimal vəziyyətdə çıxacağıq.
- Yəqin ki, toplanışdan öncə iclas olub. Qarşınıza vəzifə qoyulubmu ki, 2 oyundan bu qədər xal toplamalısınız?
- Yox, elə bir hədəf qoyulmayıb. Hələlik yüngül məşqlər keçirik. Sabahdan tam heyətlə toplaşıb, daha ciddi hazırlaşacağıq. Əsas toplanış ayın 24-də başlayacaq. Yəqin, iclasımız da o zaman olar. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Bunu bizə məşqçinin deməyi lazım deyil. Özümüz də başa düşürük ki, evdə bacardığımız qədər xal qazanmalıyıq.
- Çempionat yenicə başa çatıb. Ağır mövsümdən sonra istirahət üçün elə də çox vaxtınız olmadı. Yorğunluq var?
- Xeyr. Əslində istirahət etməyə vaxtımız olub. Yalnız kubokun finalında oynayan futbolçular dincələ bilmədilər. Bizim isə axırıncı turdan sonra 1 həftə boş vaxtımız oldu. İstirahət etmişik, tam gücümüzlə oyunlara hazırlaşacağıq.
- İyunun 8-də Macarıstan, 3 gün sonra isə Slovakiya ilə oynayacaqsınız. Hər iki oyundan nə gözləyə bilərik?
- Futboldur, əvvəlcədən nəsə demək çətindir. Millimiz, ölkəmiz adına meydana çıxıb, əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, azarkeşlərimizi sevindirək. Əlbəttə, asan olmayacaq. Hər iki rəqib iddialıdır. Heyətində səviyyəli futbolçular çıxış edir. Amma evdə oynayacağımız üçün yaxşı nəticə qazanmaq istəyirik.
- Mövzunu dəyişək. Son vaxtlar "Səbail"ə keçəcəyinlə bağlı xeyli xəbər yayılıb. Elə sözügedən komandanın baş məşqçisi Aftandil Hacıyev də müsahibəsində sənə görə "Neftçi"yə təklif göndərəcəklərini söyləyib. İstərdim ki, bu məsələyə özün aydınlıq gətirəsən.
- Açığı, indi bu barədə danışmaq istəmirəm. Çünki millinin oyunlarına hazırlaşıram. Bu matçlardan sonra nəyin necə olacağını görəcəyik.
- Deyilənə görə, səninlə şifahi danışıq və ilkin razılıq olub...
- Bu barədə danışmaq istəmirəm. Bütün fikrim milli komandadadır.
- "Neftçi" ilə hələ 1 illik müqavilən var. Komandada qalmağı düşünürsən, yoxsa?..
- Heç nə deyə bilmərəm. İndi bunu danışmağın vaxtı deyil.
Elnur SALAHOV
Tarixində ilk dəfə dünya çempionatında oynayacaq
Ukrayna - Azərbaycan: Heyətlər
Cordan Pikford “Everton”da qalır
Ərəblər İkardi üçün hərəkətə keçdi
İspaniya – Bolqarıstan matçında iştirak etməyəcək
Yankoviçin durumu necədir?
Haaland “Real”a keçir?
Ötən ayın ən yaxşısı seçildi
2-ci liqada 5-ci tura start verildi
PFL-in direktoru Avroliqa matçına təyinat aldı
Azərbaycanlı FİFA referisi Avropa çempionatının oyunlarında
Laporta: "Messi ilə münasibətlərimiz yaxşılaşır"
Superliqa klubunda yeni baş məşqçi
"Barselona"da itki: La Liqa və ÇL oyunlarını buraxacaq
Sabiq "Arsenal"lı baş məşqçi oldu
1-ci liqada 5 oyunun hakimləri
38 yaşlı Messi bombardirlər siyahısında liderdir
Finallisima: harada və nə vaxt?
Zidandan məşqçilik karyerası haqda açıqlama
“Bodo-Glimt”in qapıçısı Rusiya millisindən imtina edib
Balıqçı balığını tutur, çoban qoyununu otarır…
PSJ-nin futbolçu Azərbaycan millisi haqda nə dedi?
Daha bir komanda DÇ-2026-da
"Araz-Naxçıvan"ın ÇL oyunlarının hakimləri
Millimizin heyətində dəyişiklik
Niderlanddakı qol yağışı - Video
Niderlanddan darmadağın, Farer adaları Çexiyanı da uddu
Millimiz Krakovda məşqə çıxdı - Şəkillər
“Ukrayna bu görüşə final kimi yanaşır” - Ayxan Abbasov
Elvin Cəfərquliyev: “Rəqibi analiz etmişik”
“Kayserispor”un yeni baş məşqçisi müəyyənləşdi
“Fənərbaxça”nın iki futbolçusu əsas heyətdən kənarlaşdırıldı
Sergey Rebrov: “Xallar bizə Azərbaycandan daha çox lazımdır”
“Reyncers” Cerrardı razı sala bilmədi
Vlahoviç “Bavariya”nın transfer hədəfində
“Fərdi ustalıqda bizi qabaqlayırdılar” - Elxan Abdullayev
U-19 millimiz Özbəkistana məğlub oldu
"Kəpəz" onu yenidən transfer etdi
Avropa çempionu karyerasını başa vurdu
Türkiyə millisində ciddi itki