"Zirə"nin baş məşqçisi Samir Abasov Qol.az-a müsahibə verib. Ölkə çempionatının son turunun "Neftçi" ilə oyunundakı qalmaqala görə komandanın qapıçısı Orxan Sadıqlıya AFFA İntizam Komitəsi tərəfindən verilən cəzaya münasibət bildirən mütəxəssis maraqlı fikirlər səsləndirib.
- AFFA İntizam Komitəsi Orxan Sadıqlını 3 oyun cəzalandırıb, klubu isə 1600 manat məbləğində cərimələyib. Qərarda qeyd olunub ki, Orxan rəqib futbolçunu təhqir edib. Siz özünüz də hadisənin içində olmusunuz. Doğrudan belə bir şey olub?
- Orxanın epizoduna yaxın deyildim. Sonradan ora getdim. Həmin vaxt isə artıq qırmızı vərəqə verilmişdi. Hələ ki, bunu araşdırmağa vaxtımız olmayıb. Çünki oyundan sonra komandaya istirahət verilmişdi. Qərar bu gün açıqlanıb. Sabah futbolçunun özü ilə danışacağıq. Yenə deyirəm, epizoddan uzaq idim, bilmirəm, kim doğrudur, kim yalan. Ancaq artıq qərar verilib, nəyisə geri qaytara bilmərik. Açığı, heç belə bir fikrimiz də yoxdur. Yenə də oyunçunun özü ilə danışandan sonra lazım olan addımı atacağıq.
- Siz özünüz də "Neftçi" ilə oyundakı qalmaqalın iştirakçısı oldunuz. Xaraktercə çılğın insansınız və çox vaxt belə şeylərə görə cəza alırsınız. Bu dəfə cəza verilməməsinə təəccüblənmədiniz?
- Məgər, dalaşanları ayırana da cəza verirlər ki?! Emin Mahmudovla oyunun gedişində mübahisəmiz oldu. Eminə etirazım o idi ki, öz işi ilə məşğul olsun. Hakimin qərarlarına qarışırdı. Rəqibin qırmızı vərəqə almasına çalışmaq futbolçuya yaraşmayan hərəkətdir. Ona iradımı lazımı tonda bildirdim. Cəza verilməyibsə, deməli, belə şeylər olur. Ancaq oyundan sonrakı qalmaqalda nə Eminlik, nə də mənlik bir şey vardı. Bizim oyunçular bir az hirslənmişdilər. Mən də onlara qışqırdım və oradan qovdum.
- Komandanız 4-cü dövrəyə yaxşı başlamayıb. Ardıcıl 2 oyunda məğlub olmusunuz...
- Ümumi götürəndə, pis oynamırıq. Əksinə, yaxşı çıxış edirik. Sadəcə, nəticə qazana bilmirik. "Neftçi" ilə oyunda da pis təsir bağışlamadıq. Maraqlı mübarizə getdi. İnanıram ki, yaxşı nəticələrimiz olacaq. Bəzi şeylər var ki, öz üzərimizdə çox çalışmaqla onları düzəltməliyik. Heç nədən şikayətimiz yoxdur. Heyətdə yetərincə oyunçu var ki, nəyisə bəhanə gətirməyək. Özümüzə bir az da əziyyət verib, daha çox çalışmalıyıq ki, vəziyyətdən çıxaq.
- Bəlkə əsas fikrinizi ölkə kubokuna yönəltdiyiniz üçün çempionatı hardasa ikinci plana atmısınız...
- Yox, əsla belə şey ola bilməz. Ötən oyunlarda qalib gəlsəydik, çempionatda da yer tutub, avrokuboklara vəsiqə qazana bilərdik. Riyazi baxımdan şanslarımız qalsa da, reallıqda çox çətindir. Uduzduğumuz hər oyundan sonra şansımız bir az da azalır. Sonuncu şans kimi kubokdan da istifadə etmək istəyirik.
- Hazırda sonuncu pillədəki "Keşlə"dən cəmi 3 xal öndəsiniz. Bu, baş məşqçi kimi sizi narahat etmir?
- Biz heç axırıncı yerdə olmaq da istəmirik. Bu gün çempionatda autsayder deyilən bir komanda yoxdur. "Zirə"dən aşağıda olan komandalar bir oyun udsalar, autsayder biz oluruq. Hər bir şey ola bilər. Vəziyyət bizi narahat edir. Çalışırıq ki, hər şeyi düzəldək.
- Bu tur "Zirə"ni "Sumqayıt"la çox gərgin və prinsipial bir oyun gözləyir. Onlar da aşağı sıralardan qurtulmaq istəyirlər. Həmin görüşlə bağlı nə düşünürsünüz?
- Bu turdan sonra bizi sıx qrafik gözləyir. Demək olar ki, 3 gündən bir oyuna çıxacağıq. Məcburuq ki, bəzi yerdəyişmələr edək, futbolçularımızı qoruyaq. Bizdən asılı olmayan səbəblər də var. Bunları nəzərə alıb, nələrsə etməliyik ki, futbolçularımız meydana gümrah çıxsınlar. Bayaq da dediyim ki, evdə və ya səfərdə oynamağından asılı olmayaraq, nəyəsə proqnoz vermək həddindən artıq çətindir. Bütün komandalar stress altında oynayır. Burada psixoloji amil də var. Öz oyunumuzu oynaya bilsək, hər bir komandanı rahatlıqla yenmək gücündəyik.
- Bu turdakı qarşılaşacağınız "Sumqayıt"la aprelin 23-də kubokda da oynayacaqsınız. Sizcə, bir ayda eyni rəqiblə iki fərqli yarışda üz-üzə gəlmək nə kimi çətinlik yarada bilər?
- Hələ kubok oyununa çox var. Ona qədər çempionatda 2 görüş keçirəcəyik. Əvvəl "Sumqayıt", sonra "Qəbələ" ilə qarşılaşacağıq. Hər iki matçda qalib gəlmək istəyirik ki, komandada əhvah-ruhiyyə yaxşı olsun.
Elnur SALAHOV
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov