"Oyundan öncə özümüzü hazırlamışdıq ki, matç gərgin keçəcək. Dünən axşamkı məşqdə də meydançanın donduğunu gördük. Ona görə də buna hazır idik. Rəqib də evdə oynayırdı deyə bilirdik ki, daha istəkli və aqressiv olacaqlar. Düşünürəm ki, fərqli və maraqlı oyun oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm, yaxşı çıxış etdilər. Meydançanın hər qarışı uğrunda mübarizə apardılar. Bunun da sonunda yaxşı nəticə əldə etdik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
- Bu gün müdafiənin mərkəzində Yakub Jezniçak ilə tandeminiz yaxşı alındı. Bu barədə nə deyə bilərsiniz?
- Biz əvvəllər də bir neçə oyunda birlikdə oynamışdıq. Bədavi Hüseynov zədəli olanda, "Atletiko" və elə "Vorskla" ilə ev oyununda da birlikdə oynadıq. Komandada stoper mövqeyində rəqabət güclüdür. Baş məşqçi Qurban Qurbanov da rotasiyalar edir və kimə şans verirsə meydana çıxıb əlindən gələni etməyə çalışır.
- Meydanın donması və sürüşkən olması oyununuza necə təsir etdi?
- Topa nəzarət etmək biraz çətinləşdi. Amma bu oyunun sürətli olmasına da şərait yaratdı. Çox sayda ikili mübarizələr olurdu. Düşünürəm ki, maraqlı oyun oldu.
- Qrupdan çıxmaqla bağlı şanslarınız necədir?
- "Sportinq"in səfərdə "Arsenal"dan xal alması işləri bir az dəyişdi. Düzdür şanslarımız elə də çox deyildi, amma indi daha da çətindir. Biz də "Sportinq"lə evdə oynayırıq yaxşı nəticə qazanmağa çalışacağıq.
- Bu gün Avroliqalardakı 99-cu görüşünüzü keçirdiniz. 100-cü görüş "Sportinq"ə qarşı ola bilər. Bu oyun sizin üçün nə qədər xüsusi olacaq?
- Mənim üçün ən önəmlisi o olardı ki, "Qarabağ" daha bir tarix yazsın və "Sportinq" kimi komandadan xal və xallar alsın. Əsas önəmli olan budur.
"Yuventus" futbolçusuna 7,5 milyonluq müqavilə təklif etdi
"Karvan" "İmişli"ni belə məğlub etdi - Video
"Milan"ın Menyan qərarı
Xviça yalnız bu şərtlə "Napoli"də qalacaq
"Difai Ağsu" - "Mingəçevir" oyununda 5 qol - Video
"Atletiko" Oblakı transferə çıxardı
"Difai Ağsu" və "Karvan"dan qələbə
Əvəzedicilər Liqasında 32-ci tur başa çatdı
ÇL-in oyunu bu kanallarda
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
"Qusar"ın səfər qələbəsi - Video
Tuhel: "Madriddə qələbə qazanmalıyıq"
Timo Verner üçün mövsüm başa çatdı
Del Boskeyə vəzifə verildi
Buffon 12 il əvvələ qayıtmaq istəyir
Qvardiola peşmandır
Təzimə layiq o ötürmə barədə danışdı
“Qarabağ”ı özlərinin “Qorxulu siyahısı”na saldılar
Məşhur qapıçı Avro-2024-də olmayacaq
FİFA referisi Zaqataladakı oyuna təyinat aldı
"Real"ın yeni ağsaqqalı!
"Bavariya" Ranqniklə danışıqları təsdiqlədi
Azərbaycan minifutbol millisindən 1 qələbə, 1 məğlubiyyət
"Münhendə 90 dəqiqə əziyyət çəkməli olduq" - Ançelotti
Münhendə 4 qol, Kroosdan möhtəşəm ötürmə - Video
"Bavariya" "Real"la heç-heçə etdi
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı