"Qarabağ"ın futbolçusu Miçel Madera Topaz Premyer Liqanın 1-ci turundan təxirə salınmış oyunda "Zirə"ni 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi əvvəlcə qələbəni şərh edib.
- Növbəti 3 xalı qazandıq. Çətin oyun oldu. Məqsədimiz təxirə salınmış oyunda qələbə qazanaraq, "Neftçi" ilə xallarımızı bərabərləşdirmək idi. Bunu da bacardığımız üçün sevincliyəm.
- Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində “Atletiko”nun qapısına baş zərbəsi ilə qol vurmuşdunuz. Sizcə, bu mövsüm Avroliqada da fərqlənə biləcəksiniz?
- Zədə səbəbindən 1 ay yaşıl meydanlardan uzaq qaldım. Bu da öz təsirini göstərdi. İndi-indi oynamaq imkanı qazanmağa başlayıram. Məşqçimiz sağ olsun, mənə şans verir. Yəni, "ötən mövsüm qol vurdum, bu il də mütləq qol vurmalıyam" fikri ilə yaşamıram. Əsas istəyim necə olur-olsun, komandaya kömək etməkdir. İstər müdafiədə, istər qol ötürməsi ilə və s. Qol vursam, bu, daha gözəl olar. Əsas komandaya kömək etməkdir. Bunun üçün çalışmalıyam.
- Əvvəlki formaya düşməyiniz üçün nə qədər zamana ehtiyacınız var?
- Yavaş-yavaş yaxşıya doğru gedirəm. Elə bir zədə aldım ki, daha öncə də eyni yerdən zədələnmişdim. Bunun bərpası üçün qarın əzələlərini möhkəmləndirmək lazımdır. Ağrı hiss etsəm, bir həll yolu yoxdur. Çox incə və qəliz zədədir. Ehtiyatlı olmalıyam. Hər şey vəziyyətin gedişindən asılıdır.
- “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin “Arsenal”la oyununda bir xal qazansa, sevinəcəksiniz, ya qrupdan çıxmağı hədəflədiyiniz üçün xal itirdiyinizə üzüləcəksiniz?
- Nəzərə alsaq ki, “Arsenal” hər il Çempionlar Liqasında görməyə alışdığımız komandadır, heç-heçə olarsa, bunu müsbət qarşılamaq lazımdır. Amma istənilən halda, doğma meydanda bütün oyunlara qələbə istəyi ilə çıxırıq. Qalib gəlsək, lap əla olar. Amma 1 xalı da müsbət qarşılayacağıq.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir