"Qələbə çox yaxşıdır. Hərçənd ilk hissədə məğlub durumda idik, ancaq ikinci hissədə toparlanmağımız komandanın əzmkarlığını göstərir. "Keşlə"nin qapısında daha çox qol epizodu oldu. Futbolçularımızı əzmkarlıqlarına görə təbrik etmək istəyirəm. Hələ oyunlar qabaqdadır. Daha yaxşı çalışmalı, irəli baxmalıyıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqanın 5-ci turunda "Keşlə"ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Atilla Yıldırımın zədəsi nə dərəcədə ciddidir?
- Həkimlər onun səhhəti ilə məşğuldur. Özünü bir az pis hiss edir. Tam durumu haqda hələ bir şey deyə bilmərəm.
- Səfərdə yaxşı nəticəyə imza atırsınız. Çempionat başlamamışdan belə gedişatı gözləyirdiniz?
- "Sumqayıt" yeni futbolçulardan qurulub. Bu komandanın yaranmasından 3 ay keçməyib. Düşünməmişdim ki, hadisələrin gedişatı belə olacaq. Nəticə 90 dəqiqəyə bilinir. Bir hücumçu ilə hazırlaşmışdıq, Atilla sonradan bizə qoşuldu. İstərdim ki, futbolçularımız daha sabit olsunlar. Nəticənin həmişə yaxşı olmasını istəyirik. Kim istəyər ki, pis olsun? Meydanda özünü idarə etsən, daha yaxşı oynayacaqsan.
- Nəticələr qənaətbəxşdir. Ancaq protokola baxdıqda komandanı gücləndirəcək futbolçunun olmadığını görürsən. Bununla nə qədər uzağa gedə biləcəksiniz?
- Xarici futbolçu götürmürük. Ancaq yerli futbolçularla oynayırq. Komandamız yeni qurulub.
- Kapitan Vurğun Hüseynov ilk turda qırmızı vərəqə alandan sonra oynamırdı, yalnız bu gün son dəqiqələrdə meydana çıxdı. O, əsas heyətdə yerini itirmişdi, yoxsa başqa səbəb vardı?
- Vurğun son vaxtlar fərdi məşq edirdi. Çünki zədəsi vardı. Az məşq etdiyindən, ehtiyatda qalırdı.
- Sizcə, yarımmüdafiəçiniz Aleksey İsayev yaxın gələcəkdə Azərbaycan millisinə dəvət almaq potensialına malikdir?
- Hər bir baş məşqçi istəyər ki, milliyə çoxlu futbolçusu dəvət alsın. Belə oyunçuların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu, hamı üçün yaxşı olacaq. Hansı baş məşqçi istəməz ki, yığmada çoxlu oyunçusu olmasın? (Report).
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu
"Sabah" - "Çelye" oyununa nə qədər bilet satılıb?
“İmişli”də yeni qapıçı
Teo Ernandesin transferi tamamlanmaq üzrədir
"Real" oyunun təxirə salınmasını istəyir
Azərbaycan Premyer Liqasında 12 klubdan 5-nin baş məşqçisi əcnəbidir - Bəs, İliç kimdir?
"Sumqayıt" yeni baş məşqçisini açıqladı
"Şamaxı"dan ayrılan futbolçu bu kluba keçdi
"Əl-Əhli"nin hədəfi Messidir
"Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Jezniçak
QOL.az-dan yeni imkanlar...
Mbappe "Real"da heç kimin bacarmadığını etdi
Millimiz Avropa çempionatında ikinci yeri tutdu
"Turan Tovuz" Türkiyəyə getdi
Kuboku yenə Meksika qazandı
Gürcüstan millisinin üzvü “Sportinq”də
Donnarumma ağır zədəyə səbəb olduqdan sonra şoka düşüb
Avropa çempionatında 1 gümüş, 2 bürünc medal