Xəbər verdiyimiz kimi, Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925" (Xarkov) komandası ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. "Metallist 1925" yeni mövsümdən Ukrayna Premyer Liqasında çıxış edəcək.
Oyun ərəfəsində Ukrayna klubunun rəsmi saytı "Qarabağ" barədə geniş məlumatlandırıcı yazı dərc edib.
Yazıda qeyd olunur ki, "Qarabağ" Azərbaycanda ən çox çempionluq titulu qazanan rekordçu klubdur: "Bu, onlara artıq 12 dəfə nəsib olub. Bundan əlavə, komanda 8 dəfə ölkə kubokunu qazanıb. Son 10 ildə klub Azərbaycan futbolunda dominantlıq edir, daima avrokuboklarda çıxış edir. Özü də yaxşı səviyyədə. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində oynamış yeganə Azərbaycan komandasıdır".

Qeyd edilir ki, "Qarabağ" Ağdam şəhərini təmsil edir, lakin uzun illərdir burada oyun keçirmir: "Çünki bu ərazi uzun müddət ölkənin nəzarətində deyildi. Lakin 2023-cü ildə "Qarabağ" 1990-cı illərin əvvəllərindən bəri ilk dəfə doğma şəhərində (əslində Xankəndidə - red.) oyun keçirdi. Bununla belə, komanda hələ də ev oyunlarının əksəriyyətini paytaxt Bakı şəhərində oynayır".
Yazıda baş məşqçi Qurban Qurbanovun fəaliyyətinə də toxunulub: "Kluba 53 yaşlı azərbaycanlı mütəxəssis Qurban Qurbanov rəhbərlik edir. O, həqiqətən də "Qarabağ" üçün əfsanəvi bir fiqurdur. Çünki 2008-ci ildən bu yana – artıq 17 ildir ki, komandaya rəhbərlik edir! Müasir futbolda bu cür sədaqət nadir hallarda olur. Klubun son illərdəki bütün əsas uğurları məhz onun adı ilə bağlıdır. 2017–2018-ci illərdə o, həm klubda, həm də milli komandada eyni anda çalışıb".
R.Hacıyev
Qeyd olunur ki, "Qarabağ"ın heyətində Azərbaycan millisində 10 oyun keçirmiş Rüstəm Əhmədzadə də var: "O, Ukraynada doğulub, orada böyüyüb, futbol təhsili alıb və karyerasına başlayıb. 2021-ci ildən isə "Qarabağ"ın futbolçusu olub.
"Metallist 1925"in heyətində heyətində isə Ukraynanın U-20 millisinin üzvü Ramik Hacıyev çıxış edir. O isə əksinə, Azərbaycanda doğulub. Lakin iki yaşında olarkən ailəsi Ukraynanın Xarkov şəhərinə köçüb. Bu gün "Metallist 1925"in heyətində azərbaycanlılara qarşı oynayacaq. "Qarabağ"ın heyətində bir ukraynalı da var - Aleksey Kaşuk".
Bizi İnstaqramda izləmək üçün keçid et
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı