Futbol agenti Camal Akaev serbiyalı Saşa İliçin “Sumqayıt” klubuna baş məşqçi təyin olunması barədə danışıb.
QOL.az xəbər verir ki, o, Rusiyanın championat.com saytına açıqlamasında “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə yaxşı münasibətləri olduğunu, bu transferdə klub rəhbərliyinin israrının vacib rol oynadığını söyləyib.
Camal Akaev deyib: “Sumqayıt” klubunun prezidenti ilə yaxşı münasibətlərim var. Qeyd edim ki, bu klubda ötən mövsüm Moskva “Spartak”ının keçmiş futbolçusu və mənim müştərim Silvanus Nimeli çıxış edib.
Azərbaycan çempionatında mövsüm başa çatdıqdan sonra bir sıra məşqçiləri müzakirə etdik. O cümlədən rusiyalı məşqçilərin adları da səsləndi. Mən ona İliçə diqqət yetirməyi təklif etdim. Klubda bu cür böyük futbol şəxsiyyəti ilə əməkdaşlıq imkanı dərhal dəyərləndirildi. Danışıqlar zamanı hər şey rəvan getmirdi.
Amma “Sumqayıt” rəhbərliyinin qətiyyətini qeyd etmək lazımdır, onlar israrlı oldular. Bu da istənilən nəticəyə gətirib çıxardı. Təəssüratlar barədə onu deyim ki, Saşa özü optimist və daim pozitiv olan insandır. Rusiyada onda hər şey alınmadı, amma o, həmin dövrü yalnız müsbət tərəfdən və böyük minnətdarlıqla xatırlayır”.
Bizi İnstaqramda izləmək üçün keçid et
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam
Barkola PSJ-ni bu kluba dəyişir
“Liverpul” yeni formasını təqdim etdi - Şəkillər
"Qarabağ" dayanmır. 1 gündə 3-cü transfer! - Eksklüziv
"Fənərbaxça"dan "Barselona"ya - Rəsmi
17 yaşlı futbolçu “Bavariya”dan ayrıldı
Bu da "Qarabağ"ın 2 yeni transferi!
"Çelsi"dən "Nottingem Forest"ə
Adama Traorenin yeni klubu açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər
Mbappenin het-triki - Video
İsmayıl Kartal “Lion” üzərində qələbədən danışdı
Fonseka: “Bəlkə də buna görə pis məşqçiyəm”