“Zirə”nin qapıçısı Aydın Bayramovun QOL.az saytına müsahibəsi
- Artıq bir neçə gündür Türkiyə toplanışına başlamısınız. Hazırlıqlar necə keçir, komandada ab-hava necədir?
- Hər şey qaydasındadır. Komandada pozitiv, ailə ab-havası var. Məşqlərdə tam gücümüzlə çalışırıq. Əlimizdən gələni edirik ki, yeni mövsümə ən yaxşı şəkildə hazırlaşaq.
- Yoxlama oyununda “Qarabağ”a 0:4 hesabı ilə uduzdunuz. Rəsmi matç olmasa belə, böyük hesabla uduzmaq komandada gərginlik yaratmır?
- Xeyr, heç bir gərginlik yoxdur. Bu, yoxlama görüşüdür, fasilədən sonra ilk oyunumuz idi. Belə matçlarda nəticə önəmli deyil, əsas komandanın tezliklə formaya düşməsidir.
- Qarşıdan UEFA Konfrans Liqasının oyunları gəlir. Xorvatiya “Hayduk”u ilə matçlardan gözləntiləriniz nədir?
- Futboldur, əvvəlcədən nəsə demək çətindir. Əsas bizim yaxşı hazırlıq keçməyimizdir. “Hayduk” güclü rəqibdir. Bununla belə, qarşıdakı matçlarda maksimum gücümüzü ortaya qoyacağıq.
- Şansları necə dəyərləndirirsiniz?
- 50-nin 50-yə. Rəqib kifayət qədər güclü, təcrübəlidir. İşimiz heç də asan olmayacaq. Bununla belə, indiki məqamda şansları bərabər sayıram.
- Rəqibin oyunlarını izləmisinizmi, əsas üstünlük kimi nələri qeyd edə bilərsiniz?
- Hələ oyunlara var. Qarşıdakı günlərdə məşqçilər korpusu rəqibi analiz edib, bizə lazımi məlumatları çatdıracaqlar. Dediyim kimi, məqsədimiz maksimum gücümüzü meydanda qoymaqdır.
- Suma və Utziqin gedişi gündəmdədir. İki aparıcı futbolçunun yoxluğu Konfrans Liqasında işinizi nə dərəcədə çətinləşdirəcək?
- Həm Utsiq, həm də Suma bizim üçün vacib futbolçulardır. Eyni zamanda şəxsiyyət kimi də çox yaxşı insandırlar. Lakin futbol komanda oyunudur, bir nəfərdən asılı deyil. İnanıram ki, onların mümkün gedişi özünü çox da hiss etdirməyəcək.
- Ötən mövsüm “Zirə”nin “1 nömrə”si idiniz. Legioner limitinin ləğvindən sonra yenə sizi əsas qapıçı kimi görə biləcəyik?
- Bizim komandada rəqabət həmişə var, limit olsa da, olmasa da. Hamımız çalışırıq ki, özümüzü doğruldaq. Bunun üçün əlimizdən gələni edirik. Yekun qərarı məşqçilər korpusu verir. Biz də verilən qərara hörmətlə yanaşırıq. Əsas komandanın yaxşı nəticə göstərməsidir. İstər meydanda, istərsə də meydandan kənarda bunun üçün hər birimiz əlimizdən gələni edirik.
Bizi İnstaqramda izləmək üçün keçid et
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz