PSJ-nin qapıçısı Canluici Donnarumma “Bavariya”nın alman yarımmüdafiəçi Camal Musialanın zədələndiyi epizoddan sonra psixoloq dəstəyindən istifadə edib.
QOL.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
Musiala klublararası dünya çempionatının 1/4 finalında italiyalı qapıçı ilə cərimə meydançasında toqquşduqdan sonra ağır zədə alıb.

Məlumata görə, hadisədən sonra Donnarumma həm meydanda, həm də soyunub-geyinmə otağında PSJ-nin idman psixoloqu Xoakim Valdeslə uzun müddət danışıb. Psixoliq isə fasilə zamanı qapıçıya bir neçə dəfə baş verən hadisədə günahkar olmadığını deyib.
Buna baxmayaraq, bildirilib ki, Donnarumma oyunun final fitindən sonra belə hadisənin təsirindən çıxa bilməyib və çox məyus vəziyyətdə olub. O, Musiala ilə yazışaraq onun vəziyyəti ilə maraqlanıb. Donnarumma bu addımı atmağa qərar verib. Çünki oyundan sonra “Bavariya”nın soyunma otağına baş çəkəndə Musiala artıq tibbi müayinəyə aparılmışdı.
Musialanın sol baldır sümüyünün sınığı və bağların zədələnməsi aşkarlanıb. Onun ən tez 4-5 ay sonra meydana qayıda biləcəyi gözlənilir.
Bizi İnstaqramda izləmək üçün keçid et
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər