"Qəbələ"nin sabiq qapıçısı Dieqo Kosta da Silva Qol.az-a müsahibə verib. Hazırda Portuqaliyada məşqçi işləyən braziliyalı veteran qolkiper həm ölkəmizdəki karyerasını xatırlayıb, həm də "Qarabağ"ın sentyabrın 20-da Avropa Liqasının qrup mərhələsinin birinci turunda Lissabonda "Sportinq"lə keçirəcəyi matça toxunub.
- 2012-ci ildə transfer olunduğunuz "Qəbələ"dən 2 il sonra ayrıldınız. Azərbaycandan getdikdən sonra bir müddət Braziliya və Portuqaliyada çempionatlarında çıxış etdiniz. Hazırda nə işlə məşğul olursunuz?
- Artıq futbolçu karyeramı başa vurmuşam. Hazırda "Vitoriya" klubunun aşağı yaş qruplarında qapıçı məşqçisi və koordinator vəzifəsində çalışıram.
- "Qəbələ"dəki karyeranızı necə xatırlayırsınız?
- Hər zaman "Qəbələ"yə qarşı xüsusi sevgim olub və olacaq. Orada olan hər kəs ilk gündən son günə kimi mənə çox yaxşı davrandı. Ümid edirəm ki, onlar da çempion olacaqlar. Klubda çalışan insanlar alicənab və peşəkardırlar. Bu, komanda həm rəhbərliyi, həm də azarkeşləri ilə birlikdə çempionluğa layiqdirlər.
- Azərbaycan futbolu ilə maraqlanmaq imkanınız olurmu?
- Demək olar ki, belə bir fürsətim olmur. Çünki işlərim həddindən artıq çoxdur. Amma imkan düşən kimi bəzi oyunlara baxıram.
- Hazırda ölkəmizdə, daha dəqiq desək, "Qarabağ"da sizə də yaxından tanış olan həmyerliniz Vaqner Silva çıxış edir. Maraqlıdır, Azərbaycandan təklif alanda sizinlə məsləhətləşdimi?
- Əlbəttə, bu barədə xeyli söhbət etdik. Ona ölkənizlə bağlı ancaq xoş sözlər söylədim. "Qarabağ"a keçəndən sonra da danışmışıq. Mənə dedi ki, orada olmaqdan həzz alır. Hər şey istədiyi kimidir.
- Artıq "Qarabağ"da bir neçə oyun keçirib. Amma bəzən ehtiyatda qalır. Bunun da səbəbi komandada İslandiya millisinin əsas qapıçısı Hannes Halldorssonun olmasıdır. Necə düşünürsünüz, Vagner rəqabətdən qalib ayrılıb, əsas qapıçı ola bilər?
- Vaqner əla qapıçıdır və Azərbaycanda özünü xoşbəxt hiss edir. "Qarabağ"a çox xeyir verəcəyini düşünürəm. O ki qaldı rəqabətə, hər şey özündən asılıdır.
- "Qarabağ"dan söz düşmüşkən təmsilçimiz sentyabrın 20-də Avroliqanın qrup mərhələsinin ilk turunda Lissabonda "Sportinq"in qonağı olacaq. Azərbaycan və Portuqaliya futboluna bələd olan biri kimi həmin qarşılaşma barədə nə deyə bilərsiniz?
- "Qarabağ"ın avrokuboklardakı çıxışlarından az da olsa xəbərim var. Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. Amma onu deyim ki, "Sportinq" böyük klubdur. Buna görə də "Qarabağ" üçün çox çətin oyun olacaq.
Elnur SALAHOV
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video