"Keşlə" baxışa çağırdığı legionerlə müqavilə bağladı

"Keşlə" baxışa çağırdığı legionerlə müqavilə bağladı
GÜNDƏM 19 Yanvar 2018 / 16:25 6109
-  A +

"Keşlə" baxışa çağırdığı Nemanya Stoyanoviçlə müqavilə bağlayıb.

Bu barədə Qol.az-a serbiyalı yarımmüdafiəçi özü məlumat verib.

Onun sözlərinə görə, paytaxt klubu ilə 6 aylıq sözləşmə imzalayıb.

24 yaşlı futbolçu Avstriyanın Regional Liqasında çıxış edən Vyana “Qarabağ”ından "Keşlə"yə gəlib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, baxışda olan çeçenistanlı müdafiəçi İdris Musluyev məəşqçilər korpusu tərəfindən bəyənilməyib və o geri göndərilib.

Qeyd edək ki, "Keşlə" son klubu “Şüvəlan” olan Əziz Quliyevi də baxışa dəvət edib.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"