Çempionatın liderlərindən olan Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədovun Qol.Az-a müsahibəsi
- Zaur müəllim, “Simurq” “Karvan”la oyunda da uğurlu seriyasını davam etdirdi...
- Çox gərgin bir oyun keçdi. Şəxsən mən özüm ilk dəfə idi ki, oyunu bu qədər ayaq üstə keçirdim. Qarşıya qoyulan məqsəd qələbə idi, ona da nail olduq.
- Oyundan sonra “Karvan”ın baş məşqçisi Yunis Hüseynov hakimlikdən kəskin narazı qaldığını deyib. Onun fikrincə, görüşün baş hakimi “Simurq”a kömək edib.
- Yunis müəllimin şikayətinə nə münasibət bildirim? Onsuz da uduzan komanada həmişə hakimdən narazı qalır. Amma, məncə, əsassız ittihamlardır. “Karvan” nə vaxt real qol epizodu yaratdı ki, hakim də qol vurmalarına imkan vermədi? Düzdür, Elçin Məmmədovun səhvləri oldu. Hətta bir epizodda Roman Pokora da referiyə öz etirazını bildirdi. Lakin mən dedim ki, lazım deyil, hakim də insandır, robot deyil ki, o da səhv edə bilər. Məsələn, bizim birinci qolumuzu hesaba almadılar. Oyundan sonra qarşılaşmanın kasetinə baxanda gördük ki, həqiqətən də oyundankənar vəziyyət var idi və hakim düzgün qərar qəbul etmişdi. Ümumiyyətlə, biz heç vaxt hakimin qərralarına fikir vermirik. İlk növbədə hər şeyi özümüzdə axtarırıq. Amma nədənsə rəqiblərimiz, uduzan kimi, dərhal günahı hakimdə axtarmağa başlayırlar. “Karvan”ı uduruq hakimi günahlandırırlar, “Neftçi”ni uduruq yenə rəqib məğlubiyyətdə hakimi günahlandırır, “Qarabağ”ı məğlub edirik Qurban Qurbanov hakimdən narazılıq edir. Belə olmaz axı. “Karvan” demək olar oynamadı. Halbuki şəxsən mən onlardan çox şey gözləyirdim.
- Ümumiyyətlə, «ev»də “Simurq”dan xal almaq müşkül məsələdir. Bəziləri belə düşünür ki, Zaqatalada sizin komandanı məğlub etmək mümkün deyil və oradan 3 xalla dönməyi heç kim bacarmır…
- Mən başa düşmürəm, komanda öz azarkeşləri qarşısında necə oynamalıdır ki? Hər bir komanda öz meydanında yüz faizlik nəticə qazanmaq istəyir. Biz hələ ev oyunlarımızı Qaxda keçirdiyimiz zaman adımızı “sürpriz komanda” qoymuşdular. Zaqatalaya gəldikdən isə buranə “alınmaz qala”ya bənzətdilər. Bilirsiniz, biz öz komandamızın qarşısına belə bir şərt qoymuşuq ki, «ev»də heç bir oyun uduzulmamalıdır. “Muğan”la heç-heçənin peşmançılığını hələ də yaşayırıq. Çünki bu qədər azarkeşi il boyu öz oyunumuzla çəkib stadiona gətirmişik. Odur ki, onları incik salmağa haqqımız yoxdur. Bu, bizim strategiyamızdır. Təəssüf ki, digər komandalar bunu qısqanclıqla qarşılayırlar ki, niyə “Simurq” «ev»də uduzmur. Onu bilmək lazımdır ki, kimsə güclüdür ki, qalib gəlir.
- Növbəti oyununuzu sabah səfərdə “Standard”a qarşı keçirəcəksiniz. Bu oyundan nə gözləyirsiniz?
- Gözlədiyim ancaq və ancaq qələbədir. Bütün komanda da qələbəyə köklənib.
- Lakin “Standard”ın baş məşqçisi Valdas İvanauskas belə bir açıqlama verib ki, “Simurq” nəyin bahasına olursa-olsun məğlub etməliyik və edəcəyik də.
- Bu fikirləri normal qarşılayıram. Çünki hər komanda qələbə qazanmaq istəyir. Onu da deyim ki, “Standard” çox təcrübəli və texnikalı komandadır.
- “Karvan”la oyunda Daniel Axtyamova şans verilməsi bir qədər gözlənilməz oldu...
- Şərait bunu tələb etdi ki, biz ona şans verək. Çünki Şeryakov özünü doğrultmadı. Biz də oyunun gedişində Axtyamova isinmə hərəkətləri etməyi məsləhət gördük. İş elə gətirdi ki, bu zaman qol vurduq və bir anlıq tərəddüd elədik ki, bəlkə əvəzləməni bir qədər sonraya saxlayaq. Lakin gördük ki, Şeryakov yenə özünü doğrultmur bu zaman artıq Axtyamovu oyuna buraxdıq.
- Oyunundan razı qaldınız?
- Yüz faiz özünü doğrultduğunu demək olmaz. Amma Şeryakovdan daha çox faydalı oldu.
- Maraqlıdır, Foqts onu millidə oynadanda “Simurq”da şans verilmirdi. Rusiya ilə oyunda almaniyalı onu oynatmadı, amma bu dəfə “Simurq” şans verdi. Burada hansısa bağlılıq var?
- Yox, burada hansısa əlaqələndirici vasitə axtarmaq lazım deyil. Axtyamovun millidəki oyunu ilə klubdakı oyunu arasında heç bir bağlılıq yoxdur. Dediyim kimi, bu dəfə zərurət yarandı və Axtyamov meydançaya çıxdı. Böyük ehtimalla, “Standard”la sabahkı qarşıaşmada da ona şans veriləcək.
"Yuventus" futbolçusuna 7,5 milyonluq müqavilə təklif etdi
"Karvan" "İmişli"ni belə məğlub etdi - Video
"Milan"ın Menyan qərarı
Xviça yalnız bu şərtlə "Napoli"də qalacaq
"Difai Ağsu" - "Mingəçevir" oyununda 5 qol - Video
"Atletiko" Oblakı transferə çıxardı
"Difai Ağsu" və "Karvan"dan qələbə
Əvəzedicilər Liqasında 32-ci tur başa çatdı
ÇL-in oyunu bu kanallarda
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
"Qusar"ın səfər qələbəsi - Video
Tuhel: "Madriddə qələbə qazanmalıyıq"
Timo Verner üçün mövsüm başa çatdı
Del Boskeyə vəzifə verildi
Buffon 12 il əvvələ qayıtmaq istəyir
Qvardiola peşmandır
Təzimə layiq o ötürmə barədə danışdı
“Qarabağ”ı özlərinin “Qorxulu siyahısı”na saldılar
Məşhur qapıçı Avro-2024-də olmayacaq
FİFA referisi Zaqataladakı oyuna təyinat aldı
"Real"ın yeni ağsaqqalı!
"Bavariya" Ranqniklə danışıqları təsdiqlədi
Azərbaycan minifutbol millisindən 1 qələbə, 1 məğlubiyyət
"Münhendə 90 dəqiqə əziyyət çəkməli olduq" - Ançelotti
Münhendə 4 qol, Kroosdan möhtəşəm ötürmə - Video
"Bavariya" "Real"la heç-heçə etdi
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı