"Səbail"in baş məşqçisi Aftandil Hacıyevin Qol.az-a müsahibəsi
- May ayının 23-dən sonra gözlənilirdi ki, çempionat bərpa edilsin. Amma karantin rejiminin müddəti uzadıldı. Bir futbol adamı kimi məyus oldunuz?
- Əlbəttə ki, karantinin müddətinin uzadılması danışılırdı. Amma məşqlərə də başlayacağımızı gözləyirdik. Ona görə də bir az gözlənilməz oldu. Ancaq önəmli olan sağlamlıqdır. Bunu hamımız bilirik ki, dünyada ciddi bir xəstəliyə qarşı mübarizə gedir. Biz də gərək bu məsələlərdə diqqətli olaq. Ona görə də vacib olan nədirsə, biz də çalışırıq ki, onlara əməl edək.
- Bəzi Avropa ölkələrində artıq oyunlar başlayıb. Baxırıq ki, orada yoluxma və ölüm sayı bizdəkindən çoxdur. Sizcə, bizdə də ən azından komandaların məşqlərə başlamağı mümkün idimi?
- Qərargah yoluxma hallarını daha yaxından izləyir. Əgər məşqlərə başlamaq üçün imkan olsaydı, qərar verilərdi. Müqayisə aparmaq istəməzdim. Bir ölkədə yoluxmanın pik göstəricisi qeydə alınırsa, digərində yeni başlaya bilər. Situasiyalar fərqlidir. Ona görə də gərək yanaşma da fərqli olsun. Bu məsələ ilə məşğul olanlar yaxşı bilirlər. Nə vaxt məşqə başlamağa icazə verilsə, biz onda başlayarıq.
- Ümumiyyətlə, mövsümün bərpa olunmasını istəyirsiniz? Bu məsələyə məşqçilərin, futbolçuların münasibəti necədir? “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov çempionatın davamının tərəfdarı olmadığını bildirib.
- Karantinin 1-ci mərhələsində oyunların başlamağına razı olardıq. Çünki çox vaxt keçməmişdi, cəmi 20 gün idi. Sonra 2-ci mərhələ uzadıldı. Ondan sonra şübhəyə düşdüm ki, bəlkə, çempionatın bitməsi daha yaxşı olar. Artıq 3-cü dəfə uzadılanda - indiki durumda bitməsinin tərəfdarıyam. Çünki uzunmüddətli fasilə oldu.
Mövsümün bitirilməli olduğunu deyəndə kimsə idman prinsiplərinin pozulduğunu iddia edə bilər. Ancaq kimsə sonra hər hansı bir peşmanlıq çəkməyi istəməz. Bu, fors-major haldır. İdman prinsiplərinin pozulması kimi fikirlər səsləndirmək asandır. Ancaq çempionat davam etsə, hansı problemlərlə üzləşərik, nələrlə qarşılaşarıq, bunlar sonrakı peşmanlıq ola bilər. Bundan sonra inanmıram ki, futbolçuların formasını bərpa etməyə lazım olan qədər vaxt verilsin.
- Düşünürsünüz ki, bərpa edilsə belə, istənilən effekt olmayacaq?
- Əlbəttə. Mən inanmıram ki, davam edəndə kimsə oyunlardan zövq alsın. Çünki oyunlar azarkeşsiz, tempsiz keçəcək. Yəni, hər kəsin həzz aldığı matçlar olmayacaq. Biz bu oyunu zövq almaq üçün oynayırıq. Əgər futbolçular buna hazır olmasa, onları risk altına atarıq. Onlar da insandırlar, karyeraları var. Bunlar önəmli məsələdir. Çempionat bitsə, etiraz etmərəm. Davam etməli olsaq, çalışacağıq ki, əlimizdən gələni edək.
- Peşəkar Futbol Liqası məşqçilərlə mövsümün taleyi ilə bağlı müzakirə aparırmı?
- Bundan əvvəl karantin uzadılanda məşqlərə başlamağa ümid var idi. Klub rəhbərlərindən fikirlər öyrənilirdi ki, bərpa üçün nə qədər müddət lazım olacaq. Biz də karantinin ilk vaxtlarında fikir bildirirdik ki, nə qədər vaxta ehtiyac var. Amma indi hər hansı bir müzakirə aparılmır. Çünki hamı sonuncu qərarı gözləyir.
- Komandanızda müqaviləsi başa çatan futbolçuların aqibəti necə olacaq?
- Önəmli məsələlərdən biri də əlbəttə ki, müqaviləsi mayda bitən futbolçulardır. Bildiyimə görə, FİFA və UEFA-nın bununla bağlı tövsiyəsi var ki, əgər çempionat bərpa olunursa, oyunlar bitənədək futbolçular komandada qalsın. Meydanda olan futbolçulardır. Gərək bu amillər onların motivasiyasına təsir etməsin. Buna da diqqət etmək lazımdır. Gərək klublar danışıqlarla futbolçuların motivasiyasını qaydasında saxlasınlar.
- Pandemiya klubda maaşlara necə təsir edib?
- Onsuz da ilboyu bizdə bu çətinlik vardı. Amma rəhbərlik sağ olsun, hər zaman çalışır ki, ən azından futbolçular ehtiyaclarını ödəyə bilsinlər. Bu gün də ödənişlər klub tərəfindən müəyyən qədər edilir.
- Komanda ilə necə maraqlanırsınız?
- Hər zaman əlaqədəyik. İlk vaxtlarda əlbəttə ki, nə baş verdiyini başa düşmürdük. Bu situasiya ilə heç vaxt rastlaşmamışdıq. İlk 10 gün müşahidə edirdik. Artıq 10 gündən sonra fərdi məşq tapşırığı verildi. Karantin uzadılanda Zoom proqramı ilə çalışmağa başladıq. Karantin müəyyən qədər yüngülləşəndən sonra şəraiti olan futbolçular fərdi məşqlərini davam etdirirlər. Hazırda qeyri-müəyyənlik davam edir. Çalışırıq ki, futbolçuları nəzarətdə saxlayaq. Amman nə qədər desək də, heç nə meydandakı məşqlərin əvəzini vermir.
- İndi futbolçular sərbəstdirlər. Onların formasına, çəkilərinə nəzarət də çətindir.
- Əlbəttə ki, gözlə ayırd edə bilmirsən. Kollektiv məşq edə bilmirsən. Artıq 2 aydır - uzun müddətdir. Nə vaxtsa belə fasilənin olması yadıma gəlmir. Belə fasilə Rusiya klublarında ola bilər. Hansı ki, qış fasiləsində onlarda çempionat keçirilmir. Hətta, onlar sonra toplananda görürsən ki, 2 hissədən ibarət toplanışlarda olurlar. İndi böyük fasilə oldu. Bundan sonra toparlanmaq üçün böyük vaxta ehtiyac olacaq. Düşünürəm ki, bu zaman da bizdə olmayacaq.
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır
“Çıxış yolumuz yoxdur, sona qədər vuruşacağıq” - Müsahibə
FİFA-dan sürpriz: Dünya çempionatı üçün pley-off ehtimalı
"Fənərbaxça" - "Qalatasaray" oyununun baş hakimi məlum oldu
AFFA rəhbərliyi də səsvermədə iştirak edəcək
İngiltərə kubokunda rekorda imza atdılar
Lukakunun "400"ü
Ronaldo müsəlmanları təbrik etdi
Son 7 mövsümdə ilk
Misli Premyer Liqasında 2025-ci ilin rekordu
“Bir neçə azərbaycanlı futbolçu Türkiyəyə yollanacaq”
Azərbaycan futbolu tarixində 400-cü dəfə
Ağır zədə aldı, stadionu əsa ilə tərk etdi - Video
"Arsenal" da Qyökereş üçün mübarizəyə qoşulur
"Milan"a Neapolda vurulan qollar - Video
Klopp "Real"ın baş məşqçisi ola bilər
“Milan” “Napoli”yə uduzdu, “İnter” qələbə qazandı
Emil oynadı, komandası darmadağın oldu
"Barselona"dan böyükhesablı qələbə
İngiltərə Liqa kubokunun son yarımfinalçıları bilindi
"Zirə"nin 3 qollu qələbəsindən - Video
"Birinci hissə ağır keçdi" - Rəşad Sadıqov
"Çempionatın ən sərt komandasına qarşı oynadıq"
Azər Bağırov: "Yerli oyunçu sarıdan problemlərimiz var"
"Kəpəz" - "Səbail" matçında qalib bəlli olmadı - Video
Emreli Almaniyada növbəti oyuna çıxdı
Renat assist etdi, komandası qalib gəldi
"Zirə" - "Şamaxı": Heyətlər
Peres futbolçularının hərəsinə 900 min avro mükafat verib
"Onun yoxluğunun bizə ziyanı olacaq" - Azər Salahlı