“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin QOL.az saytına müsahibəsi
- Məşqləriniz necə keçir? Oyunçuların hazırkı vəziyyəti sizi nə dərəcədə razı salır?
- Futbolçuların vəziyyəti günü-gündən yaxşıya doğru gedir. Hər şey qaydasındadır. Əlimizdən gələni edirik ki, komanda qısa zamanda optimal formaya düşsün. Toplanışın gedişindən razıyam.
- UEFA Konfrans Liqasında “Aris”lə ilk oyuna qədər legionerlərin komandaya tam uyğunlaşması mümkün olacaq?
- Vaxtımız var. Yeni gələnlər də komandaya uyğunlaşırlar. İnanıram ki, “Aris”lə ilk matça qədər komanda hazır olacaq.
- “Qarabağ”dan ayrılan Patrik Andradenin “Neftçi”yə keçəcəyi deyilsə də, “Araz-Naxçıvan”a transfer olundu...
- Andrade bəyəndiyim, sərəncamımda görmək istədiyim futbolçu idi. Şadam ki, bizə qoşuldu. Komandamıza faydalı olacağını düşünürəm.
- Komandanızın əsas müdafiəçisi İqor Ribeyro avrokuboklardan sonra “Neftçi”yə qoşulacaq. Onun əvəzinə arxa xətt oyunçusu axtarırsınız?
- İqor avrokuboklarda bizimlə olacaq. Sonrasını hazırda düşünmürük. Əlbəttə, onun yerini doldurmaq fikrindəyik.
- Bəs müdafiədən başqa, hansısa mövqeni gücləndirmək fikrindəsiniz, yoxsa heyətin komplektləşdirilməsi artıq yekunlaşıb?
- Gücləndirmək istədiyimiz müdafiə xətti qalıb. Amma ümumilikdə əlavə futbolçu götürmək şansı olsa, transfer mümkündür.
- Yəqin ki, artıq “Aris”i analiz etməyə başlamısınız.
- Açığı, geniş planda analiz etməmişik. Ümumi məlumatımız var.
- Avrokuboklarda rəqib müəyyənləşəndən sonra “Aris”ə görə planlarınızda hansısa dəyişiklik oldu?
- Xeyr. Hazırda daha çox rəqib yox, öz hazırlığımız barədə düşünürük. İlk növbədə komandanı istədiyimiz formaya çatdırmalıyıq.
- Yunanıstan klubunun heyətində ümumilikdə 22 legionerləri var, onlardan da 8-i ispandır və “Barselona”, “Real” kimi klubların yetirmələridir. Məlum məsələdir ki, bütün bunlar “Araz-Naxçıvan”ın işini çətinləşdirir. Real yanaşsaq, mərhələ adlamaq şansını necə dəyərləndirirsiniz?
- Bəli, rəqibin heyəti güclüdür. Amma dediyim kimi, indiki məqamda daha çox yaxşı hazırlıq keçib, qarşıdakı matça optimal formada hazır olmaq barədə düşünürük. Rəqibə düzgün yanaşıb, uğurlu nəticəyə köklənəcəyik. Təbii ki, “Aris” adlı-sanlı rəqibdir. Bununla belə, futbolçularım ən yaxşısını etməyə çalışacaqlar.
- İlk oyunun Bakıda olması “Araz-Naxçıvan”ın əleyhinədir?
- Səfər qolu ləğv edildikdən sonra artıq müasir futbolda ilk oyunun, yaxud ikinci görüşün hansı meydanda keçirilməsi ciddi önəm kəsb etmir. Ona görə də ilk matçı evdə keçirməyin əleyhimizə olduğunu düşünmürəm.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"