Son illər martın 18-ni "Neftçi"nin yarandığı gün kimi cəmiyyətə sırımaq, klubun tarixi haqda məlumatsız insanları, azarkeşləri, gəncləri aldatmaq istəyirlər. Tarixi saxtalaşdırırlar!
Faktlar isə bunun tam əksini göstərir və klubun martın 18-dən əvvəl yarandığını sübut edir. Klubun martın 18-i yaranması haqda heç bir sənəd-sübut yoxdu.
1937-ci il martın 15-i SSRİ bədən tərbiyəsi və idman komitəsinin sədri Xarçenkonun imzası ilə paytaxt klubuna göndərilən əsasnamədə komandamızın adını görürük. Məntiqlə martın 18-i yaranan klubun adı martın 15-i təsdiqlənmiş (bəlkə də, daha əvvəl, sadəcə həmin gün əsasnamə teleqramla Bakıya göndərilib) çempionatın əsasnaməsində ola bilməz! Deməli, "Neftçi" nəinki martın 18-dən, hətta, martın 15-dən, yəni həmin əsasnamə Bakıya göndərilən gündən daha əvvəl yaranıb!
Bu haqda "Neftçi 70" kitabında da ətraflı bəhs olunur. Kitabda "Neftçi"nin "Leninneft" komandasında çıxış edən futbolçulardan yeni təşkil olunmuş komanda kimi qeydə alındığını və bu hadisənin yanvar ayında baş verdiyi yazılır.
Yəni, "Neftçi" 1937-ci ilin YANVAR ayında yaranıb! O zaman nədən yaranış günü kimi deyək ki, yanvarın 19-nu yox, martın 18-ni qeyd etməliyik?! Ən azı illər sonra həmin gün "Neftçi" "Pünik" üzərində Azərbaycan futbol tarixinin ən möhtəşəm qələbəsini qazanıb!
Bəs martın 18-i nə olub? Heç nə! Bu tarixi yaranma günü kimi təqdim etmək ilk dəfə kimin ağlına gəlib bilmirəm. Amma çox uğursuz, məntiqsiz və həqiqəti əks etdirməyən bir fikirdi, 83 illik bir klubun tarixini ələ salmaqdı...
Anar ŞABANOĞLU
Mbappe hələ də PSJ-dən borcunu tələb edir
"Qaradağ Lökbatan" - "Mingəçevir" matçından - Video
Ronaldodan yeni müqavilə
1-ci Liqa matçında 7 qol və 1 "qırmızı" - Video
İtaliya klublarının hədəfindədir
MOİK-dən baxımlı qol və qələbə - Video
"Raysın cərimə zərbələrinin təsirli olduğunu düşünmürəm"
MOİK və "Zaqatala"dan qələbə, Lökbatanda qol vurulmadı
"Mançester Siti"dən Uolker qərarı
AFFA-nın sabahkı konfransının gündəliyində nələr var?
Millimizin qapıçısı: "Komandamız buna layiqdir"
Poqba: "Küçədə öz-özümə futbol oynayırdım"
Ayın qolunun müəllifi mükafatlandırıldı
Rafinya Messinin 13 il əvvəlki uğurunu təkrarladı
21 yaşlı futbolçu qapıçı ilə toqquşdu, vəfat etdi
AFFA Elvin Camalova görə araşdırmaya başladı - Rəsmi
Misli Premyer Liqasında 30-cu turun hakimləri açıqlandı
"İndi Klozenin Emreliyə ehtiyacı var"
Levandovskidən ÇL-də unikal nailiyyət