Almaniyanın "Bild" nəşri "Nürnberq"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli ilə bağlı növbəti yazı dərc edib.
QOL.az xəbər verir ki, yazıda əvvəlcə Mahirin son vaxtlar uğursuz çıxışlarından bəhs olunub, hücumçunun son qolunu 158 gün əvvəl vurması xatırladılıb:
"Emreli mövsümün əvvəlində yaxşı oynadı, qışda getmək istədi, dəfələrlə problem yaratdı. Bəs, Mahir Emreli "Nürnberq" üçün yenidən əhəmiyyətli oyunçu olacaqmı?
Cənubi Koreya klubuna keçidi alınmayandan sonra Mahir "Nürnberq"də uğurlu çıxış etmədi. O, son qolunu 158 gün əvvəl - noyabrın 3-də "Hamburq" ilə oyunda vurub".
Yazıda Emreli ilə baş məşqçi Miroslav Kloze arasında fikir ayrılıqlarının olması da vurğulanıb: "Maraqlısı odur ki, Kloze məşq zamanı dəfələrlə Emreli ilə fərdi söhbətlər edib, ona hücumçunun oyununu necə təsəvvür etdiyini çatdırmağa çalışıb. Kloze həmişə Emrelinin topsuz oyunundan narazıdır və bu səbəbdən də ikisi arasında davamlı mübahisə olub".
Nəşr yazıb ki, bütün baş verənlərə baxmayaraq, hazırda Miroslav Klozenin Mahir Emreliyə ehtiyacı var: "Azərbaycan millisinin hücumçusunun yaydan sonra komandada qalması çox çətin görünürr. Amma bununla belə, klubun onunla müqavilənin uzadılması variantı da var. Emreli indi klub üçün həqiqətən vacib oyunçu ola bilər. Ona görə ki, baş məşqçi Miroslav Klozeyə təcili hücumçu lazımdır. Onun indi Emreliyə ehtiyacı var. Çünki əsas hücumçu Stefanos Timas zədəlidir. Janis Antist son oyunda qırmızı vərəqə alaraq iki oyunluq cəzalandırılıb. Lukas Şlyaymer, Benjamin Qoller və Yanni Serra isə oyun təcrübəsindən əziyyət çəkən öz xətt futbolçularıdır".
Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Nürnberq"də 19 oyuna çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?