"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Qol.az-ın suallarını cavablanıdırıb. Klubda baş verən maliyyə çətinliyindən danışan çalışdırıcı vəziyyətin ürəkaçan olmadığını deyib.
- Çempionatın startına az qalıb. Komandanın ümumi durumu necədir?
- Məşqlərimizi davam etdiririk. Dilan Duventru və Bilal Həmdi ilə yollar ayrıldı. Bunun da səbəbləri var. Maliyyə baxımından çətinlik çəkirik. Hazırda digər futbolçularımız məşqlərdə iştirak edir. Bu gün Küveyt klubu ilə yoxlama oyunu keçirərək hazırlığı başa vururuq. Növbəti həftə Premyer Liqanın ilk turu üçün məşqlərə başlayacağıq.
- Komanda çempionata nə dərəcədə hazırdır? İki aparıcı futbolçu "Səbail"i tərk etdi. Çətin olmayacaq?
- İndi nəsə demək olmur. Çünki hələ də optimal heyət formalaşdıra bilməmişik. Çünki kimsə gedir, kimsə yol üstündədir. Bu cür vəziyyətdə komandanın hazırlığının yüksək səviyyədə olduğunu demək yanlış olar. Ancaq çalışırıq ki, mövcud vəziyyətdə maksimum yaxşı hazırlaşaq. Bugünkü görüşdə çempionata kim daha çox hazırdırsa, onlardan istifadə edəcəyik.
- Belə məlum olur ki, komandanı tərk edənlər yenə olacaq.
- Mövcud duruma görə hər şey ola bilər. Vəziyyət ürəkaçan deyil. Artıq qalmasını istədiyim futbolçular komandanı tərk edib. Yayda cəlb etdiyimiz futbolçular getdilər. Artıq bu, məni narahat edir. Bundan sonra da kimlərsə gedə bilər. Ancaq ilk turun oyununda bəlli olacaq ki, kimlərlə meydana çıxacağıq.
- Xəbərlər yayılıb ki, "Səbail" futbolçulara 1000 manatdan yuxarı maaş verə bilməyəcəyini və kim buna qane olmursa, gedə bilər deyib.
- Konkret məbləğ deyilməyib. Sadəcə, bildirilib ki, maliyyə baxımından çətinliyimiz var. Bəzi futbolçularla yayda danışdığımız məbləği ödəməkdə çətinlik çəkirik. Maaşlarında gecikmələr olur. Buna görə də onlara xəbərdarlıq olunub ki, kim səbr edə bilməyəcəksə, başqa klubla danışıq apara bilər. Artıq iki futbolçumuz bu haqda kluba fikrini bildirib. Dilan və Bilal başqa təkliflərinin olduğunu dedi və buna görə onlarla yolları ayırdıq.
- Komandaya gənc yerli futbolçuların cəlb ediləcəyi bildirilir.
- Hazırda axtarışdayıq. Yerli və cavan futbolçuları gözdən keçiririk. İstədiyimiz futbolçular hamısı öz klubundadır. Kimisə cəlb etmək də bizim üçün olduqca çətindir. Çalışacağıq ki, əlimizdə olan yerli futbolçulardan və əvəzedici heyətdən yararlanaq.
- Maykl Essyenin "Səbail"dən ayrılacağı haqda xəbərlər də yayılıb. Gündəmdə belə bir məsələ var?
- Bu haqda bizdə heç bir məlumat yoxdur. Özü ilə danışanda da heç nə deməyib. Məlumatın haradan qaynaqlandığını bilmirəm.
Ramiq AĞAMƏMMƏDOV
"Qarabağ" "Zirə"yə qarşı
PSJ "İnter Mayami"ni darmadağın etdi
İtaliyadan Türkiyə Superliqasına
"Sabah" Avstriyada ilk oyununu keçirdi
"İmişli" 6 futbolçusu ilə yollarını ayırdı - Rəsmi
"Qarabağ" yeni formalarını Şuşadan təqdim etdi - Şəkillər
Kazemiro gələcəyi ilə bağlı qərarı verdi
Mahir “Kayzerslautern”də növbəti qolunu vurdu
"Liverpul" onun üçün oyunçusunu təklif etdi
"Gyökereş 60+10 milyona satılmayacaq"
"Arsenal" tam razılıq əldə etdi
"Zirə"nin sabiq futbolçusu Çin klubunda
"Kəpəz" iki legioneri ilə müqaviləni uzatdı
Avropa çempionatının ən yaxşısı
"Hazırda bizdə yaxşı gənc futbolçuların sayı çox deyil"
Ağ geyimli “Qarabağ”lıların Xankəndi səfəri - Reportaj
"Əl-Nəsr"də yeni baş məşqçi
"Karvan"da növbəti ayrılıq
"Turan Tovuz" Türkiyəyə gedir - 4 oyun keçiriləcək
Millimizin baş məşqçisindən 0:3 məğlubiyyətinə şərh
"Patrik Andrade bəyəndiyim futbolçu idi" - Elmar Baxşıyev
"Kəpəz" daha bir futbolçu ilə yolları ayırdı
18 aydan sonra futbola qayıdan Poqba ağladı - Video
Növbəti 1/4 finalçı "Çelsi"dir - Dünya çempionatı
İngiltərə millisi Avropa çempionu oldu
"Kəpəz" üç portuqaliyalı ilə vidalaşdı
Joau Feliks Səudiyyə Ərəbistanına yollana bilər
Millimiz böyük hesabla Belarusa uduzdu
"Mançester Yunayted" onün üçün 60 milyon ödəməyə hazırdır
"Monako" Poqbanın transferini açıqladı
Maksim Medvedev “Qarabağ-2”nin baş məşqçisi oldu
"Neftçi"dən daha bir transfer - Rəsmi
Mahir “Kayzerslautern”də ilk oyuna çıxdı və qol vurdu
"Neftçi" növbəti transferini açıqladı
"Kəpəz" üç legioneri ilə yollarını ayırdı - Rəsmi
"Sabah" onu da göndərdi - Rəsmi
"Arsenal"ın kapitanı evləndi - Şəkillər
"Barselona" Messiyə olan son borcunu ödəyir
"Milan"dan getdilər
"Sabah"ın "Selye" ilə oyunlarının hakimləri məlum oldu
"Kəpəz" kapitanı ilə yolları ayırdı
"Yuventus"da ciddi itki
Azərbaycanın qadın güləşçisi karyerasını başa vurdu