"İmişli"nin baş məşqçisi Xorxe Kaskilya Misli Premyer Liqasının 1-ci turunda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçrilən mətbuat konfransında deyib:
- Yaxşı oynadıq, müdafiə baxımından yaxşı idik. Son dəqiqədə qol buraxmaq ağırdır. Amma bu, futboldur. Birinci hissədə top daha çox mərkəzdə olurdu, komandalar bir-birini tanımağa çalışırdı. Amma ikinci hissdə taktiki cəhətdən daha yaxşı oynadıq. Şanslarımız da oldu. Son dəqiqələrdə müdafiəçimiz və qapıçımızın zədələnməsi oyuna təsir etdi. Diqqətimizi növbəti oyuna cəmləyəcəyik.
- Əsas qapıçınız zədələndi. Onun yerinə legioner qapıçı transfer etməyi düşünürsünüz?
- Hər iki oyunçumuz başından zədə aldı. Hələ ki, Sinenkodan xəbər gözləyəcəyik. Bundan sonra qərar verəcəyik. Ümid edirəm ki, ikisi də tezliklə komandaya qoşulacaqlar.
- "Turan Tovuz" ötən mövsüm son dəqiqələrdə çox qol vururdu. Bunu təhlil etmişdiniz?
- "Turan Tovuz"un oyunlarını təhlil edirdik. Bilirdik ki, aqressiv oynayırlar, uzun ötürmələrdən istifadə edirlər. Son dəqiqələr idi, oyunçularımız yorğun idilər. Uzun ötürmə ilə hücuma çıxdılar və qol vurdular.
- Azərbaycan Premyer Liqasında debüt etdiniz. Təəssüratlarınız necədir?
- Bura gəlməmişdən əvvəl araşdırmışam. Çempionatın səviyyəsi yüksəkdir. 4-5 səviyyəli komanda var. Burada yaxşı legionerlər çıxış edir. Bu oyun da mənə xoş təəssüratlar verdi.
- Bu çempionatda baş çıxaracağınıza inanırsınız?
- Bura gəlməyimin məqsədi nəticə göstərməkdir. İlk oyun olmasına baxmayaraq, komandamız ikinci yarıda taktiki cəhətdən yaxşı oyun göstərdi. Bu komanda ilə nəticə vermək olar. Çalışacağıq ki, Premyer Liqada yerimizi qoruyaq.
- Sizin "İmişli"yə baş məşqçi təyin olunmağınız tənqidlərə səbəb oldu. Bir çoxları deyirdi ki, Premyer Liqaya yeni çıxan komandanın əcnəbi baş məşqçi gətirməsi doğru deyil. Bu tənqidlərdən xəbəriniz var?
- Çox məlumatım yoxdur. Tənqidlərlə maraqlanmıram. Bütün diqqətim məşqlərdədir. Komandanı daha da güclü etməyə çalışıram. "Turan Tovuz" çempionluğa oynamaq istəyir. Onlara qarşı yaxşı oyun göstərdik. Bu da onu göstərir ki, baş məşqçinin taktikası işləyir.
- Komanda İmişlini təmsil etsə də, Bakıda məskunlaşıb. Ev oyunlarını Şamaxı və Qubada keçirəcək. Bu situasiyanı necə şərh edərdiniz?
- Bu problemlərin olmasına baxmayaraq bizim işimiz komanda ilə işləməkdir. Biz də istəyərdik ki, öz şəhərimizdə oynayaq. Bu işlərin həlli ilə rəhbərlik məşğul olur. Bizim işimiz komandanı oyunlara hazırlamaq və gücləndirməkdir. (sportal.az)
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi