Renat oynadı, komandası heç-heçə etdi

Renat oynadı, komandası heç-heçə etdi
DÜNYA FUTBOLU 17 Avqust 2025 / 00:37 1482
-  A +

Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi “Motor" Polşa çempionatında 5-ci tur oyununu keçirib.

QOL.az xəbər verir ki, komanda evdə “Pyast”la qarşılaşıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.

Renat da bu oyunda iştirak edib. 26 yaşlı hücumçu 63-cü dəqiqədə meydana çıxıb. O 88-ci dəqiqədə sarı vərəqə alıb. 

Qeyd edək ki, “Motor” hazırda turnir cədvəlində 5 xalla 12-cidir.


Son xəbərlər
17.10.25  21:00

Yankoviç qayıtdı!