UEFA Superkubokunu idarə edən hakim "Qarabağ"ın oyununda

UEFA Superkubokunu idarə edən hakim "Qarabağ"ın oyununda
ÖLKƏ FUTBOLU 17 Avqust 2025 / 14:06 5003
-  A +

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş"la Macarıstanda keçiriləcək ilk oyununun hakimləri müəyyənləşib.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakim Juan Pedru da Silva Pineyru olacaq. Ona yan xətdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.

Juan Pineyru bir neçə gün bundan əvvəl UEFA Superkubokunda PSJ – “Tottenhem” oyununu idarə etmişdi. Həmin matçda azərbaycanlı FİFA referisi Elçin Məsiyev 4-cü hakim kimi fəaliyyət göstərmişdi.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə avqustun 27-də Bakıda olacaq.

Daha çox


Son xəbərlər
17.08.25  13:04

Yeni UFC çempionu

16.08.25  14:09

Bellinqem hazırdır