“Karvan”ın yarımmüdafiəçisi Samuel Durrant QOL.az saytına müsahibə verib. İngiltərəli futbolçu əvvəlcə dünən Misli Premyer Liqasının ilk turu çərçivəsində “Qəbələ”yə qarşı keçirilən oyundan (1:1) danışıb:
- Maraqlı qarşılaşma alındı. Hesabda geri düşsək də, təslim olmadıq. Sona qədər mübarizə apardıq və yekunda 1 xal qazandıq. Əslində, qalib də gələ bilərdik. Bunun üçün şanslarımız da var idi.
- Yeni komanda olaraq çıxışınızı necə dəyərləndirirsiniz?
- Bəli, ilk oyunumuz idi. Xoş haldır ki, debütdə 1 xal qazandıq. Lakin bununla kifayətlənmək olmaz. Komanda olaraq inkişaf etməliyik, potensialımızı artırmalıyıq.
- Bu, sizin Premyer Liqada ilk oyununuz idi. Debütünüzdən razı qaldınız?
- Nəyə qadir olduğumu bilirəm. Özümə inanıram. Bilirəm ki, komandaya xeyir verəcəyəm. Ötürmə və keçidlərimlə faydalı olacağımı düşünürəm.
- Azərbaycana gələnə qədər futbolumuz haqda hansısa məlumatınız var idi?
- Az-çox məlumatım var idi. Lakin Azərbaycan futbolu haqda daha çox öyrənməliyəm. Yaxşı komandamız, yaxşı azarkeşlərimiz olduğunu bilirəm.
- “Karvan” bir müddət ev oyunlarını öz meydanında keçirə bilməyəcək. Bu məqam çıxışınıza nə dərəcədə təsir göstərəcək?
- Əlbəttə, istərdik ki, Yevlaxda oynayaq. Doğma divarlar arasında meydana çıxmaq daha yaxşıdır. Belədə azarkeş dəstəyinin müsbət enerjisini görürsən. Düzdür, Şamaxıda da bizi dəstəkləyən fanatlar var idi. Lakin burada o dəstəyi çox da hiss etmədik. İstənilən halda gələcək oyunlara köklənməliyik.
- Şamaxı stadionunun ot örtüyü sünidir. Bu məqam çıxışınıza mənfi təsir edəcək?
- Açığı, bizim üçün problem deyil. Meydançanın durumu yaxşı da ola bilər, pis də. Hər bir şəraitdə oynamağa öyrəşmişik.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video