Avqustun 19-da Budapeştdəki “Ferens Puşkaş” stadionunda yerli “Ferensvaroş”la “Qarabağ” arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu keçiriləcək. Avqustun 27-də isə bu komandalar Bakıda üz-üzə gələcəklər.
QOL.az xəbər verir ki, Macarıstan klubunun qapıçısı Dibuş Denes (Dibusz Dénes) matçla əlaqədar fikirlərini yerli “Metropol” nəşrinə açıqlayıb. O, “Qarabağ”a ehtiyatla yanaşdığını gizlətməyib. Macarıstan millisinin də qapısını qoruyan 34 yaşlı futbolçu etiraf edib ki, bu, bir yox, iki görüşdən ibarət qarşılaşma olacaq, ona görə də 180 dəqiqəyə hazırlaşmalıdırlar:
“Biz ilk oyunda meydana artıq mərhələnin taleyini həll etmək məqsədilə çıxmayacağıq. Bu cütün taleyi bir oyunda həll olunmayacaq. Çox qollu matç gözləmirəm. Vacibdir ki, cavab görüşünə üstünlüklə gedək. Düşünürəm ki, təxminən eyni gücdə olan iki komanda qarşılaşacaq. Hər şey yenə dönüş nöqtələrindən asılı olacaq - kim bunlardan daha yaxşı istifadə edə biləcək, bir hakim qərarı və ya fərdi ustalıq nümunəsi hansı tərəfin xeyrinə olacaq – bunlar nəticəni dəyişə bilər. Məncə, çox xırda detallar həlledici ola bilər. Ən vacibi odur ki, öz işimizi çətinləşdirməyək. Bacardığımızı meydana qoyaq. Əgər hər şey yolunda getsə, mərhələ adlayıb Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək şansımız böyük olacaq” .
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır