Tula "Arsenal"ının keçmiş baş məşqçisi Sergey Kiryakov Rusiya mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah keçiriləcək "Arsenal" - "Neftçi" oyunu haqda danışıb.
- Hazırkı "Arsenal"ı necə dəyərləndirə bilərsiniz? Deyəsən, tulalılar Avropa Liqasında debüt oyununa pis hazırlaşmayıblar...
- Mütəxəssislərin əksəriyyəti bəzi futbolçuların gedişindən sonra "Arsenal"ı heç də ən yaxşı vaxtların gözləmədiyini proqnozlaşdırsa da, görürük ki, "topçular" itkiləri sığortalaya biliblər. Demək olar ki, tulalılar Rusiya çempionatının ilk iki turunda özlərini yaxşı tərəfdən göstərdilər. Bir heç-heçə və bir qələbə Avropa liqası oyunu öncəsi komandada nikbinlik yaradıb.
- Yəni, deyirsiniz ki, avrokuboklara vəsiqə qazanan komanda ilə qrupa düşmək üçün mübarizə aparacaq heyət arasında fərq böyük deyil?
- İki rəsmi oyun arasında qlobal müqayisə aparmaq və nəticə çıxarmaq istəməzdim. Ancaq bundan əvvəlki oyunlar göstərdi ki, komanda lider futbolçuların gedişindən sonra çətin vəzifənin öhdəsindən gələ bildi. Mövsümün əvvəli üçün kifayət qədər yaxşı oyun göstərib, vacib xallar qazandılar. Bu isə "Arsenal"ın Avropa Liqasında mərhələni keçməyə hazır olmasından xəbər verir.
- "Neftçi" ilə oyunlarda "Arsenal" üçün əsas təhlükə kimi nəyi görürsünüz?
- Bütün məqamları və arqumentləri birləşdirsək, burda böyük təhlükə görmürəm. Bu, ətrafında böyük ajiotaj olan vacib oyundur. Hətta Tuladakı stadionda anşlaq olacağını proqnozlaşıdırlar. Bu, özünü beynəlxalq arenada göstərmək istəyən komanda üçün önəmlidir. Ona görə də bu mənada hər hansı problem olacağını düşünmürəm. Komanda meydana çıxacaq və mübarizə aparacaq. "Neftçi" yaxşı qıcıqlandırıcıdır. Bu komanda onun üstünlüyündən danışacaq və favorit sayılacaq qədər ciddi səviyyədə deyil. Həmçinin ev amilini də qeyd etməliyəm. “Arsenal” ev oyununda müəyyən üstünlük qazanmalıdır ki, iki matçın yekununda mərhələ adlasın. Düşünürəm ki, "topçular" bunu edəcək.
- Keçmiş futbolçu kimi Azərbaycan komandalarına xas olan oyun komponentlərini deyə bilərsiniz?
- Ənənəvi olaraq bu komandaların heyətində texnikalı futbolçular olur. Onlar rəqib imkan verdikdə, boş qalan ərazidə topla oynamağı sevirlər. Onlara qarşı sıx oynayıb, belə imkan verməyəndə özlərini itirirlər və çox şeyləri alınmır. Məncə, əsas fikir buna yönələcək ki, “Neftçi”nin texnikalı futbolçularına sərbəst oynamaq imkanı verilməsin. Tulalılarda həm pressinq tətbiq etməyə, həm mövqe futbolu göstərmək potensialına malik oyunçular var. Ona görə də rəqibin texnikalı futbolçularının həlledici rol oynaya biləcəyi ilə bağlı təhlükə görmürəm.
- “Neftçi”nin kapitanı Emin Mahmudov deyib ki, onların komandası səviyyəsinə görə Rusiya Premyer Liqasının ikinci “səkkizliy”ində qərarlaşar. Onun “Arsenal”ın Bakı təmsilçisini yüksək qiymətləndirməməsi üçün klubunun potensialını aşağı qələmə verdiyini düşünmürsünüz?
- Sirr deyil ki, belə açıqlamalar rəqibə təsir etmək üçün verilir. Bu belədirmi? Görəcəyik. Mütəxəssislər kimi, siz jurnalistlər də Azərbaycan çempionatını yaxından izləmədiyinizdən “Neftçi”nin səviyyəsini dəyərləndirmək çətindir. Fikrimcə, çempionatlar arasında səviyyə fərqi kifayət qədərdir. Necə olacağını isə oyunda görəcəyik.
Kontenin əvəzinə Alleqri
Bakıdan Qlobal Arenaya: Rəsmi FIFA agenti Emil Əsədov futbol agentliyinin rolunu necə dəyişir?
"Lerik" qalib gəldi, "Füzuli" 2-ci liqanı tərk etdi - Video
"Mançester Yunayted" onu hədəflədi
"Şimal"ın qələbəsindən - Video
"Barselona" Rafinya ilə anlaşdı
5 qol vuruldu, "Ağdaş" qalib gəldi - Video
Alvares "Atletiko"dan gedir, ya qalır?
"Lerik", "Şimal" və "Ağdaş"dan qələbə
Dünya çempionu karyerasını başa vurur
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
Macarıstan millisinin Azərbaycan ilə oyun üçün heyəti
"Barselona"dan Haaland açıqlaması
"Real"ın sabiq futbolçusu karyerasını bitirdi
"Məqsədimiz Çempionlar Liqasının qrupudur" - Kadi
Santuş bu tarixdə millinin heyətini açıqlayacaq
Nigar yenə Rusiyada rəmzi komandaya düşdü
Salah 300-ü keçən 4-cü afrikalı oldu
"Atletiko"nun yeni formaları - Şəkillər
"O klubun mayasında başqasına haqsızlıq var" - Video
Amorim hər gün 14 saat işləyir
"Əsl futbol bayramı alındı" - Kurban Berdıyev
Mourinyodan "Qalatasaray"a sərt sözlər
Maradona, Ronaldinyo, Messi, indi də Yamal
"Zarafatlaşdıq, keçmiş günləri xatırladıq" - Qurban Qurbanov
"Rəşad Sadıqov harada olubsa, lider olub" - Orxan Məmmədov
Klopp "Roma"nı çalışdıra bilər
Alonsonun Modriçlə bağlı planı
"Liverpul" uduzdu
Vüsalın komandası pley-off matçında böyük hesabla uduzdu