"Kəpəz"in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibə verib.
QOL.az xəbər verir ki, o, özü, komandanın hazırkı durumu və hədəfləri barədə danışıb.
- Adil müəllim, təxminən bir illik fasilədən sonra yenidən “Kəpəz”ə qayıtdınız. Əvvəlki “Kəpəz”lə indiki arasında hansı fərqləri görürsünüz?
- Yenidən bu böyük klubda olmaq çox qürurvericidir və məsuliyyətlidir. Yeni klub rəhbərliyinə təşəkkür edirəm ki, inanıb bu şansı mənə yenidən verdilər. İnşallah, mən də öz tərəfimdən onu deyə bilərəm ki, “Kəpəz”in daha yaxşı olması üçün bütün gücümlə çalışacağam. Bu mənim üçün bir prinsipdir və inşallah bu il “Kəpəz” əvvəlki olduğum dönəmin kollektivindən üstün olacaq. Bunun üçün başda sədrimiz Adil müəllim, eləcə də Fərman Əlizadə və idarə heyətinin digər üzvləri klubda istənilən imkanları təşkil ediblər. Futbolçuların inkişafı çox vacibdir və “Kəpəz”də də lazım olan şərait var. Komandanın bazası demək olar ki, tam olaraq əsas komandanın ixtiyarına verilib. Yaxın keçmişdə, mənim komandada olduğum dövrdə çox istəyirdim ki, məşqdən əvvəl və sonra komandanın qidalanması təmin olunsun. Komanda üzvləri mənim “Kəpəz”də oynadığım dövrlərdə olduğu kimi, əvvəlcədən bazaya gələrək otaqlarda istirahət edib məşqə çıxsınlar. Yeni rəhbərliyin gəlişindən sonra futbolçuların qidalanması təmin olunub. Komandanın bazada birlikdə daha çox vaxt keçirməsi kollektivin formalaşmasına səbəb olur. Bundan əlavə, sədrimiz bildirib ki, III MDB Oyunlarından sonra Akademiyanın məşq meydançalarında işıqlandırma işləri də həyata keçiriləcək.
- Kluba yeni rəhbərlik gəlib. Yeni rəhbərliyin fəaliyyətindən sonra hansı dəyişikliklər müşahidə olunur?
- Yeni rəhbərliyin gəlişindən sonra klubda olan hər kəs daha məsuliyyətli və nəticəyə yönəlik çalışmağa başlayıb. Sədrimiz “Kəpəz” komandasında çalışan hər kəsdən bunu tələb edir və bunun üçün klubda şərait formalaşdırıb. Klubda struktur dəyişikliyindən tutmuş, əsas komandaya verilən dəstəyə qədər hər şey təmin edilib. Akademiya məşqçiləri üçün də əlavə dəstək olunub. Biz də bunun qarşılığında daha çox çalışaraq rəhbərliyin klubda olan istəklərini həyata keçirəcəyik.
- Heyətin formalaşdırılması və futbolçuların seçim prosesi necə həyata keçirilir? Bu iş kimlər tərəfindən aparılır?
- Əsas komandanın futbolçularının seçilməsi məşqçilər heyəti tərəfdən aparılır. Gənc və yerli futbolçularla yanaşı, legioner oyunçuların sintezini formalaşdırmağa çalışırıq və bu prosesi davam etdiririk. Bu işdə İdarə Heyətinin üzvü Erkin İbrahimov bizə dəstək olur. Bəzi oyunçuların kollektivə qatılmasında gecikmələr oldu ki, bu da komanda oyununa təsirsiz ötüşmür. Bu da transfer məsələlərində normal haldır. Amma buna baxmayaraq, rəhbərliyin tapşırığını tam həyata keçirəcəyimə inanıram.
- Transfer pəncərəsinin sonuna hələ vaxt var. Yeni oyunçuların komandaya cəlb olunması planlaşdırılırmı?
- Bir neçə oyunçu ilə danışıqlarımız davam edir. Yaxın günlərdə bu məsələ də öz həllini tapacaq və ondan sonra biz çempionatda daha rəqabətədavamlı “Kəpəz” görəcəyik. Bunun üçün məşqçilər heyəti olaraq bütün gücümüzü sərf edirik. Sonda “Kəpəz” azarkeşlərinin, “Kəpəz”i sevənlərin gözləntilərini doğruldacağımıza tam inanıram.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı