Yazıya haradan başlamalı olduğunu belə bilmir adam. İkili hisslərdi. Haradasa azarkeşliklə yazarlığın ortasında olan duyğulardı bunlar. Axı, hər bir yazar məsələ ölkə anlamı daşıyanda, həm də azarkeşdi.
"Qarabağ" "Ferentsvaroş"un qapısından 3-cü qolu keçirəndə, elə bil binamız silkələndi yerindən. Bu qədərini heç mən də gözləmirdim açığı. Çoxdandır belə sevinmirdim.
Oyunda baş verənlərə gəlincə, sanki futbol meydanında iki fərqli dünya, iki fərqli tərz gücünü sınayırdı. Hərə bacardığı qədərində. "Qarabağ" ispan üslubunda, "Ferentsvaroş" da Britaniya manerasında rəqibini üstələməyə çalışırdı. Orası dəqiqdir ki, başlanğıc meydan sahibləri üçün karıxdırıcı oldu. Sol cinahda Zubirlə Elvindən ev yiyəsinə xas inamlı keçidləri gözləmirdilər deyəsən. İlk hissədə qol buraxmağına rəğmən belə, "Qarabağ" heç də pis görünmürdü. Kiçik ötürmələrlə rəqib müdafiəsini yarmaq rahat alınmasa da, "Ferenstvaroş"un müdafiəsini narahat eləməyi bacarırdılar.
Fasilədən sonra yaşananlar isə kabusa bənzədi meydan sahibləri üçün. Döyüşkənlik nümayiş etdirən təmsilçimiz həqiqətən də futbol dərsi keçdi rəqibinə. Robbi Kini çözmək üçün bir hissə kifayət elədi Qurban Qurbanova.
Hamı döyüşdü, hamı oynadı. Təbii ki, hərə öz imkanları çərçivəsində. Dəfələrlə deyilib, Yankoviçli "Qarabağ" tam başqa komandaya bənzəyir. Yeni gələn Bikalyo da onunla ayaqlaşmağa çalışır.
Buraxılan qolda rəqibin hücumunun qarşısını almamaqda qınayırlar Elvini. Amma Cəfərquliyev meydanda ən yaxşılardan idi.
Oyunda ən maraqlı ştrix nədəydi soruşsanız, mənə görə Kevin Medinanın oyun quruculuğunda. İrəlidə ötürmə üçün münasib variantlar tapmayınca, 3-4 dəfə driblinq hesabına topu irəli daşıyıb təhlükəli hücumlar qurdu. Bir ara ehtiyata göndərilən, Qurban müəllimdən "qulaqburması" alan müdafiəçi ən yaxşı günlərini xatırlatdı. Bəhlulla birlikdə rəqibin hündürboy hücumçularına əksər epizodlarda keçid vermədilər.
Robbi Kinin açıqlamasından belə anlaşılır ki, Qurban Qurbanovu yaxşı tanımır. Elə bilir ki, bizimkilər eyforiyadadır, indidən ÇL-in əsas mərhələsini bayram edir "Qarabağ". Kim də bilməsə, biz yaxşı tanıyırıq Qurban bəyi. Hətta ən zəif rəqibə sayğı ilə yanaşan bu adamın nə özünün, nə komandasının rahatlaşması mümkündür!
Emin Abbasov
sportal.az
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi