“Həqiqətən çox yaxşı oyun və nəticə oldu. Məncə, oyundan əvvəl heç kim inanmazdı ki, “Qarabağ” 3:1 hesabı ilə qalib gələcək”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq üzvü Rauf Əliyev deyib.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferensvaroş”la səfərdə keçirilən ilk oyunundan danışan keçmiş hücumçu Ağdam təmsilçisinin son vaxtlar belə yaxşı oyamadığını bildirib:
“Oyunda daha çox hakim olan, topa nəzarət edən “Qarabağ” idi. Məncə, son dövrlər “Qarabağ”dan belə oyun görməmişdik. Hiss olunur ki, hər oyunda komandada inkişaf var. Komanda hesabda geri düşməyini hiss etdirmədi, tez toparlandı. “Qarabağ” Macarıstan səfərində həm baxımlı oyun göstərdi, həm də sərfəli nəticə qazandı. Məncə, bu qələbə liqa mərhələsinə düşmək işini 80 faiz həll etdi. Düşünürəm ki, komandamız azarkeşlərin də dəstəyi qarşısında növbəti mərhələyə yüksələcək”.
R.Əliyev “Ferensvaroş”un baş məşqçisi Robbi Kinin oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ” özünü qalib kimi hiss edir” cümləsinə də münasibət bildirib. O, Qurban Qurbanovun komandasında belə arxayınlığın mümkün olmadığını və “Qarabağ”ın mərhələni keçəcəyinə inandığını qeyd edib: “İnanmıram ki, komandada belə düşüncə, arxayınlıq olsun. Qurban müəllimi tanıyan biri kimi deyə bilərəm ki, heç vaxt buna imkan verməz ki, komanda rahat olsun. Onsuz da futbolçuların da hamısı təcrübəlidir, neçə illərdir ki, beynəlxalq oyunlarda iştirak edirlər. Onlar da matçın nə qədər vacib olduğunu dərk edirlər. İnanmıram ki, komandada hansısa arxayınlıq olsun”.
R.Əliyev “Qarabağ”ın əcnəbi hücumçu olmadan Çempionlar Liqasının təsnifat mərhələsində bu mövsüm hələ ki, ən çox qol vuran (13) komanda olması ilə bağlı isə bunları deyib: “Qarabağ” bu gün Çempionlar Liqasının Liqa mərhələsinin bir addımlığındadırsa, hücumçu tərəfini çox şişirtməyinə dəyməz. Komandanın yerli hücumçuları da fərqlənib. Gəncdirlər, amma komandaya fayda verirlər. Çempionlar Liqasının əsas mərhələsinə yüksəlsələr, məncə, yaxşı legioner hücumçu alınmalıdır. Hər halda klubda da bunu düşünürlər. Yəqin ki, hələ tam istədikləri hücumçunu tapa bilməyiblər, axtarışlar davam edir”.
Ramiq Ağaməmmədov
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”
Azərbaycanın 7 boksçusu mərhələ adladı - Avropa çempionatı
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
"Barselona" UEFA-ya şikayət etdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Mahir Emrelininin yeni baş məşqçisi məlum oldu
Yamal Mbappenin rekordunu təkrarladı
“Sabah”a 2 qol vuran Girassidən açıqlama
Flikdən məğlubiyyət şərhi
Qreqor Kobel "Sabah"la oyuna görə təəssüfləndi
PSJ-də Kvaratsxeliya şoku - 9 ay oynamaya bilər
Nəhənglərin duelindəki 6 qol - Video
"Fənərbaxça" 2 xalı belə itirdi - Video
“Borussiya” başqa səviyyədir, “Slaviya” deyil” - Pokatilov
"Sabah"ın əzmkar oyunu, "Borussiya"nın qələbəsi - Video
Enrike "Barselona" üzərində qələbə haqda
İsmail Kartal: “Məyusuq”
“Sabah”ın qapıçısı Çempionlar Liqasında 2-ci yerə yüksəlib
Türkiyədə hakimlərə tanınmış referi nəzarət edəcək
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə